3.8.6. Porşen və silindrlərin nasazlıqları
Porşen silindr daxilində irəli geri hərəkət etdiyindən yüksək temperatur şəraitində işlədiyindən onların halqaları və özləri tez yeyilir. Nəticədə yanma kamerasına yağ düşür. Və bu ixrac qazlarında acı tüstünün əmələ gəlməsinə səbəb olur. Tüstünün iyindən mühərrikdə halqa və içliklərin yeyildiyi bilinir (Şəkil 3.42).
3.8.7. Qazpaylama mexanizminin klapanlarının nizamlığının pozulması və yaranan səs
Yadda saxlayın! Mühərrikdə qazpaylama mexanizminin klapanlarında nizamlıq pozulduqda səs yaranır (Şəkil 3.43).
Bu zaman klapan tənzimlənməsinə ehtiyac duyulur. Klapanların nizamlanması dedikdə iki çiyinli dəstəyin çiyni ilə klapanın başlığı arasındakı ara boşluğunun nizamlanması başa düşülür. Bu ara boşluğu çiyinli dəstəyin qarşı çiynində nizamlayıcı vinti fırlatmaqla əldə edilir, artırılır və ya azaldılır.
3.8.8. Mühərrikin ixrac borusundan boz ləkəli tüstünün çıxması
Mühərrikin silindr - porşen qrupu yeyildikdə yanma kamerasına düşən yağ ixrac qazlarında yağın olması ilə nəticələnir. Bu eyni zamanda tüstünün rəngində və iyində hiss edilir.
Unutmayın! Yanma kamerasına yağ düşdükdə mühərrikin yanmış qaz ötürücü borusunda/səs batırıcısında iy yaranır (Şəkil 3.44).