3.8.3. Mühərriklərin qulaq asma zonaları
Mühərrikdə yaranan səsləri araşdırmaq üçün ona qulaq asmaq lazımdır.
Mühərrikə qulaq asma zonalara ayrılır və hər zona hansı hissədə nasazlıq olduğunu göstərir (Şəkil 3.39).
3.8.4. Mühərrikdəki səslərin müəyyən edilməsi üçün cihaz
Mühərrikdəki səsləri müəyyən etmək üçün STETOSKOP adlanan cihazdan istifadə edilir (Şəkil 3.40). STETOSKOP qulaqcıqdan və yoxlama aparatından ibarətdir. Aparatın ucunu Şəkil 3.39 - da göstərilmiş zonalara toxundurmaqla eşidilən səsə görə nasalığı müəyyən etmək olur.
3.8.5. Mühərrikin endoskopiyası
Müasir diaqnostikada mühərrikin səsinin endoskopiyası aparılr. Bu aparat stetoskopa nisbətən daha dəqiq məlumat verir (Şəkil 3.41).