3.2.3. Aqreqatın buzlu yolda hərəkət etmə qaydaları
Diqqət! Aqreqat qar və buzla örtülmüş yolda hərəkət etdikdə öndə və arxada hərəkət edən maşınlardan 70 - 100 metr məsafədə tormoz pedalından istifadə etməməklə hərəkət etməli və təkərin yerlə ilişmə əmsalı 0,1 qışda, yayda 0,9 olmalıdır (Şəkil 3.17).
3.2.4. Kənd təsərrüfatı maşınlarının küçə və yollarda hərəkəti
Yadda saxlayın! Kənd təsərrüfatı maşınlarını küçə və yollardan istifadə etməklə daşıdıqda müvafiq yol hərəkəti qaydaları gözlənilməlidir (Şəkil 3.18).
3.2.5. Magistral yolda və küçələrdə hərəkət zamanı işıqfordan düzgün istifadə
Unutmayın! Magistral yolda və küçədə hərəkət zamanı işıqforun yaşıl, sarı və qırmızı işıqlarından düzgün istifadə edilməlidir (Şəkil 3.19).
Dönmə yerinə yetirilərkən müvafiq tərəfə yan faralar qoşulmalıdır.