3.1.4. Aqreqatın işi zamanı bədbəxt hadisənin qarşısının alınması
Unutmayın! Maşın, texnika və ya aqreqat işlədiyi zaman onun lazımi materiallarla (yanacaq, toxum, gübrə və s.) doldurulması bədbəxt hadisə ilə nəticələnə bilər (Şəkil 3.5). İşləyən texnikanın yaxınlığında durmaq həyat üçün təhlükəli ola bilər.
Nəzərdə tutulmayan yerdə dayanmaq, aqreqatın üzərinə çıxmaq.
3.1.5. Aqreqatın işi zamanı qoruyucu gözlükdən istifadə
Zəhərli kimyəvi maddələrin çilənməsi, toxumların dərmanlanması, çiləyicilərin zəhərli məhlulla doldurulması zamanı xüsusi önlükdən, əlcəkdən və gözlüklərdən istifadə edilməlidir.
Diqqət! İnsanın orqanlarına, o cümlədən ağız, göz, burun və s. dolmaması məqsədi ilə mineral gübrə səpən maşınlarda işçilər qoruyucu gözlüklə təmin edilir (Şəkil 3.6).
Diqqət! Ziyanverici həşəratlarla mübarizə aparmaq məqsədi ilə zəhərli maddə səpən və ya çiləyən maşınlarda iş zamanı bütün işçilərin xüsusi qoruyucu respirator və digər avadanlıqlarla təmin edilməsi vacibdir.
3.1.6. Aqreqatın işi zamanı siqnal qurğusunun quraşdırılması
Unutmayın! Səpən və basdıran maşınlarla iş aqreqatın yalnız iki tərəfli siqnal qurğusu ilə təmin edilməsinə əmin olduqda aparıla bilər (Şəkil 3.7).
Yadda saxlayın! Siqnal qurğusunun olması aqroservis mütəxəssis və köməkçi işçilərin baş verə biləcək qəza və bədbəxt hadisələrdən yayınmasını təmin edir.