7 - Sıxılmış qaz balonlarının mexaniki zərbədən qorumaq vacibdir;
8 - Elektrik naqilləri yaxınlığında qaynaq edilməsi təhlükəlidir;
9 - Qaynaq avadanlıqlarının həyat üçün təhlükə mənbəyidir;
10 - Qaynağın yüksək təzyiqli qaz boruları yaxınlığında aparılması təhlükəlidir.
3.1.2. Texnikanın nəql etdirilməsi zamanı təhlükəsizlik tədbirləri
Yadda saxlayın! Səpin əməliyyatını icra etmək üçün traktor səpən maşın ilə nəql etdirildikdə bir sıra işlərin icrası vacibdir (Şəkil 3.3):
Mərkəzi yol magistralı kənarlarında işəyərkən aqreqatın magıstral yola çıxmasına və əsas nəqliyyatın hərəkətinə mane edə biləcək manevrlərin edilməsinə yol verilmir.
3.1.3. Səpin texnikasından istifadə
Yadda saxlayın! İşə başladıqda taxıl və digər dənli bitkilərin toxumlarını səpən maşının toxum və gübrə qutusunun qapağı kip örtülməlidir (Şəkil 3.4).
Diqqət! Aqreqatın hərəkəti 15 km/saat - dan çox olmamalıdır.
Aqreqatın təhlükəsiz işinin təmin edilməsi məqsədilə hərəkət zamanı markerin qaldırılması və endirilməsi qadağandır.
Markerlər nəqliyyat vəziyyətində qaldırılmalı və sərt bərkidilməlidir.
Əməliyyatı yerinə yetirən zaman isə aqreqatın hərəkət istiqamətinə nəzərən sahənin becərilməmiş tərəfində olan marker açılır, artıq əkilmiş və ya səpilmiş tərəfdə olan marker isə qaldırılaraq bərkidilir.
Markerin idarə edilməsi sürücü tərəfindən kabinədən idarə edilir.