Yadda saxlayın! İşçi orqanların təmizlənməsi prosesi, xüsusi təmizləyici alətlərlə yalnız maşın, texnika və ya aqreqat dayandırıldıqdan sonra aparılır.
Unutmayın! Maşın - traktor aqreqatları ilə kənd təsərrüfatı əməliyyatı icra edildikdə onun tarlaya nəql etdirilməsi zamanı aqroservis mütəxəssis təhlükəsizlik üzrə təlimat keçdiyi tələblərə ciddi riayət etməli və iş prosesində bütün təhlükəsizlik tədbirlərini təlimata uyğun yerinə yetirməlidir (Şəkil 3.2).
Yadda saxlayın! Təhlükəsizlik tədbirlərinin gözlənilməsi baş verə biləcək bütün qəza və bədbəxt hadisələrdən mühafizəni təmin edir.
1 - Təhlükəsizliyin təmin edilməsi ilk növbədə xüsusi geyim və qoruyucu avadanlıqlardan istifadəni nəzərdə tutur;
2 - Oddan təhlükəli olan maye və qaz mühitində işlədikdə od təhlükəsinin qarşısı alınmalıdır;
3 - İşçi binada havanın təmizliyinin qorunması və təmiz saxlanması üçün çalışmalıdır;
4 - Qaz balonlarını ehtiyatla daşıyın;
5 - Baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün ilk yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir;
6 - Kəsici və yonucu dəzgahlarda işləyərkən mühafizə edici vasitələrdən istifadə etməklə özünün və ətrafdakıların təhlükəsizliyi təmin edilməlidir;