Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Traktorun starter qurğusunun işə yararlılığının yoxlanılması
|
-
İş paltarınızı geyinin.
- Starterin işə yararlılığını yoxlamaq üçün voltmetri götürün.
- Təhlükəsizlik qaydalarına diqqət edin.
- Akumulyatordan starterə birləşmiş (+) klemanı tapın.
- (+) klemasını voltmetrə qoşun və sistemdə gərginliyi yoxlayın.
- Dövrədəki gərginlik 12 V göstərməlidir.
- Dövrədə gərginlik normada olduqda starter xırıltı səsi verməlidir.
|
-
Hidravlik və elektrik sistemində birləşmələrin yoxlanılması
|
-
İş paltarınızı geyinin.
- Hidravlik sistemin yağ qabında yağın səviyyəsini ölçün və ehtiyac olduqda yağ əlavə edin.
- Yağ nasosunun, hidravlik paylayıcısının və qüvvə silindrlərinin bir - biri ilə birləşmələrini yoxlayın və yağ axmadığından əmin olun.
- Akumulyatorlar batareyasında mayenin səviyyəsini, klemlərdəki gərginliyi və elektrolitin sıxlığını müvafiq cihazlarla yoxlayın və normativ göstəricilərlə müqayisə edin.
|
-
Pambıqyığan kombaynın işə yararlılığının yoxlanılması
|
-
İş paltarınızı geyinin.
- Pambıqyığan kombaynın qayışlarının tarımlığı və işçi orqanların tənzimlənməsini kombaynın sönmüş vəziyyətində aparın.
- Pambıqyığan kombaynın işə yararlılığının yoxlanmasında təhlükəsizlik qaydalarına diqqət edin.
- Pambıqyığan kombaynın şpindelinin istismar zamanı tənzimlənməsini xüsusi açar dəsti ilə yerinə yetirin.
- Kombayn şpindelinin pambıq yığımı üçün yararlılığını, şpindeldən pambığın rezin çıxarıcılarla təmiz çıxarılmasını izləyin.
- Yığılmış pambığın kombaynın bunkerindən traktor qoşqusuna boşaldılması prosesində iştirak edin və itkiləri qeydə alın.
- Nəzarət üçün pambıqyığan kombaynın gedişindən sonra yerə tökülmüş pambığı bir neçə metrdə toplayın və yığımın keyfiyyətini aqroservis mütəxəssisla birlikdə dəyərləndirin.
|