2.3.5. Traktorda səs siqnalının gücünün ölçülməsi
Traktorla işə başlamazdan əvvəl səs siqnalının gücü və tonallığı yoxlanılır. Bu zaman səs texnikasında səs siqnalının gücünün ölçülməsi üçün ölçmə cihazından istifadə edilir (Şəkil 2.15).
Diqqət! Yeni maşın, texnika və aqreqat istismar üçün hazırlandıqda səs - küyün normadan artıq olması aqroservis mütəxəssisin tez yorulması, yuxu gəlməsi, baş gicəllənməsi və s. kimi hallarla qarşılaşmasına gətirib çıxara bilər.
2.3.6. Traktorunun hidravlik asma sistemində yağın minimum və maksimum səviyyəsi
Diqqət! Traktorla işə başlamazdan əvvəl hidravlik sistemin yoxlanılması önəmlidir. Bu zaman “Class Axion 820” traktorun hidravlik asma sistemi bölüşdürücü mexanizm vasitəsilə idarə olunur, aqreqatının məhsuldarlığını 5 - 10 faiz artırır, qoşma maşınlarla müqayisədə yanacaq sərfini 10 - 15 faiz azaldır (Şəkil 2.16).
Şəkil 2.16 - da
A - hidravlik yağın minimum səviyyəsi;
B - hidravlik yağın maksimum səviyyəsidir.
Qeyd! Class Axion traktorunda hidravlik yağın səviyyəsi A işarəsindən aşağı olmamalıdır.
Maşın - traktor aqreqatı - traktor və ona qoşulmuş kənd təsərrüfatı maşınıdır.
Aqreqatın istismara yararlılığı ilk növbədə xidmət heyətinin təhlükəsizlik üzrə təlimatlanmasından başlayır:
Diqqət! Aqreqatın istismara yararlılığını yoxladıqda aşağıdakıların yerinə yetirilməsi vacibdir