Şəkil 2.12 - də
a - akumulyatorda elektrolitin səviyyəsinin yoxlanması;
b - akumulyatorun klemlərində gərginliyin yoxlanması;
c - elektrolitin sıxlığının yoxlanması verilmişdir.
1 - şüşə boru;
2 - yükləyici çəngəli;
3 - areometrdir.
2.3.2. Traktor generatorunun qayışının tarımlığının yoxlanılması
Traktorla işə başlamazdan əvvəl generatorun qayışının tarımlığını yoxlamaq lazımdır.
Generatorun aşağı və yuxarı bərkidici qaykaları boşaldılır, açar bərkidici şkivin boltuna qoyulur, val iki dəfə saat əqrəbi istiqamətində fırladılır, sonra qayışın tarımlığı yoxlanılır, ölçü 10 - 15 millimetr hüdudunda qəbul edilir (Şəkil 2.13).
2.3.3. Starterin işə yararlılığının yoxlanılması
Unutmayın ki, yeni maşın, texnika və ya aqreqatla işləməzdən əvvəl starterin işə yararlılığı yoxlanmalıdır. Starterin işə yararlılığı voltmetr cihazı ilə yoxlanılır.
Akumulyatordan starterə birləşmiş +mənbə (klemma) voltmetrə qoşulur və gərginlik yoxlanılır, bu 12V olmalı, starter isə xırıltılı səs verməlidir (Şəkil 2.14).
2.3.4. Səs siqnalı, hidravlik asma sistemi və aqreqatın işə yararlılığının yoxlanılması
Bu alt başlıqda traktorla işə başlamazdan əvvəl səs siqnalının gücü və tonallığının səs siqnalının gücünü ölçən cihazla yoxlanılması göstərilir. Səs - küyün normadan çox olmasının aqroservis mütəxəssisin iş görmə qabiliyyətinə təsiri qeyd edilir. Hidravlik asma sistemində yağın minimum və maksimum səviyyəsinin gözlənilməsi verilir. Aqreqatın istismara yararlılığı müəyyənləşdirilir.