2.2.6. Özüyeriyən texnikanın kabinəsinin havalandırılması
Diqqət! Aqreqat iş üçün hazırlandıqda onun bütün qayışötürücü sistemindəki qayışların tarımlığının normal vəziyyətdə olmasına əmin olmaq lazımdır.
Traktordan istifadədən əvvəl dilçək qayışının tarımlığının yoxlanması vacibdir. Dilçək qayışının normal tarımlığı 10 - 15 millimetr hüdudunda dəyişə bilər (Şəkil 2.10).
Tarımlıq 15 millimetrdən artıq olduqda onun tənzimlənməsi vacibdir.
2.3. Aqreqatların istismara yararlığının yoxlanılması
Yeni maşın, texnika və ya aqreqatdan istifadə etməmişdən əvvəl elektrik sisteminin işə yararlılığının yoxlanması
Diqqət! Yeni maşın, texnika və ya aqreqatdan istifadə etməmişdən əvvəl elektrik sisteminin işə yararlılığı yoxlanılır.
Bunun üçün akumulyatorun maye səviyyəsi, starterdə gərginliyin 12V olmasına ciddi fikir verilməlidir (Şəkil 2.11).
Generatorun işə salma qayışının normal vəziyyətdə olmasına nəzarət edilməlidir.
2.3.1. Akumulyatorda maye səviyyəsinin gərginliyi və elektrolitin sıxlığının yoxlanılması
Yadda saxlayın ki, akumulyatorda mayenin səviyyəsi məhlul doldurma qapağına baxmaqla yoxlanılır.
Mayenin səviyyəsi 1 - 1,5 santimetr qapaqdan aşağıda olmalıdır.
Akumulyatorun sıxlığı areometrlə ölçülür, batareya tam dolduğu halda qışda 1,31 q/sm3, yayda isə 1,26 q/sm3 olmalıdır (Şəkil 2.12). Ölçmə zamanı akumulyatorun sıxlığı məlum olmadıqda onun doldurulması yoxlanılır.