2.2.3. Mühərrikin hidravlik sistemində yağın təzyiqinin müəyyən edilməsi
Bilmək vacibdir ki, hidravlik sistemdə yağın təzyiqi çox olduqda xəbərdarlıq edilir, deməli yağ sorma borusu və ya yüksək təzyiqli hidravlik süzgəclərdə dolma vardır. Bu zaman Class Axion 820 traktorunun qabaq hissəsindəki yağsoyuducu təmizlənməlidir. (Şəkil 2.7).
2.2.4. Hidravlik sistemin yağ süzgəclərinin dəyişdirilməsi
Hidravlik sistemin süzücü elementlərinin hər hansı biri çirkləndikdə şəbəkədə xəbərdaredici siqnal verilir.
Məsələn, traktorda yağ süzgəci tutulduqda aqroservis mütəxəssis hidravlik sistemdə olan nasazlığı lövhədə qırmızı işığın yanması ilə ayırd edə bilir (Şəkil 2.8).
Bu zaman göstərilən ardıcıllıqla yağ süzgəcinin süzücü elementi dəyişdirilir.
2.2.5. Kənd təsərrüfatı texnikasının kabinəsinin havalandırılmasının zəruriliyi
Bu alt başlıqda aqreqatın işi zamanı kabinənin havalandırılmasının zəruriliyi qeyd edilir. Havalandırılma sisteminin qayış ötürməsinin nizamlanması verilir. Eyni zamanda aqreqatda akumulyator və starterin işə yararlılığının əsas xüsusiyyətləri göstərilir. Generatorun qayışının tarımlığının yoxlanılması qaydası verilir.
Diqqət! İş zamanı kabinənin şüşələrinin təbii havalandırılması üçün 1 dəstəyindən istifadə olunur (Şəkil 2.9).
Təbii havalandırma sistemi həm aqroservis mütəxəssisin düzgün hava alması, həm də kabinədə yaranan iylərdən qorunması məqsədini icra edir.