Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Traktor və kombaynları hansı şəxslər idarə etməlidir?
A) Maşında təlimat keçən və idarə etmə qabiliyyəti olan mütəxəssis;
B) İdarə etmə üzrə vəsiqəsi olan və iş yerində maşında təlimat keçən;
C) İdarə etmə üzrə aşağı dərəcəli vəsiqəsi olan mütəxəssis;
D) İdarə etmə üzrə xüsusi kurs keçən aqroservis mütəxəssis.
Sual 2. Yeni maşında işləmək üçün təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmalıdır:
A) Kombaynları idarə edə bilən mütəxəssis;
B) Traktoru idarə etmək qabiliyyəti olan, ali savadlı mütəxəssis;
C) Digər maşını idarə etmək üzrə vəsiqəsi olan və stajı olan aqroservis mütəxəssis;
D) Aqreqatları idarə edə bilən mütəxəssis.
Sual 3. Baş verə biləcək bədbəxt hadisələrin xəbərdarlığının əsas şərti:
A) Maşın - traktor aqreqatlarından istifadə üzrə təhlükəsizlik qaydaları üzrə təlimatlanma;
B) Traktorda işləməyi bacarma;
C) Aqreqatı idarə edə bilmə;
D) Kombaynla işləməyi bacarma.
Sual 4. Aqreqatda baş vermiş nasazlığı aradan qaldırmaq, traktorda tənzimləmə və texniki xidmət aparmaq məqsədilə aqroservis mütəxəssis necə davranmalıdır?
A) Traktorun sönmüş olmasına və kənd təsərrüfatı maşınının torpaq üzərində oturduğuna əmin olmalıdır;
B) Traktoru dayandırmalıdır;
C) Aqreqatın tənzimlənməsini aparmalıdır;
D) Traktoru tənzimləməli və texniki xidmət göstərməlidir.
Sual 5. Zəhərli kimyəvi maddələrlə iş üçün yararlı şəxslər:
A) İşə başlamadan əvvəl təlimat keçmiş və 18 yaşdan yuxarı şəxslər;
B) Bütün iş qabiliyyəti olan şəxslər;
C) Orta məktəbdə təhsil alan yuxarı sinif şagirdləri;
D) Ali və orta ixtisas təhsili məktəblərində təhsil alan gənclər.
Sual 6. Yanğın baş verməsinə görə tarla işlərində ən təhlükəli dövr:
A) Cərgə arası becərmə;
B) Səpin;
C) Şumlama;
D) Yığım.