- Səpin, əkin və yığım əməliyyatlarını yerinə yetirən aqreqatlarla işləyərkən təlimatlanma
|
-
İş paltarınızı geyinin.
- Traktor və torpaq becərən maşından ibarət aqreqatı işə salmazdan əvvəl traktorun ötürmələr qutusunun, hidravlik asma sistemlərinin dəstəklərinin saz və neytral vəziyyətdə olmasına diqqət yetirin.
- Fırlanma hərəkəti tələb edən kənd təsərrüfatı maşınlarından istifadədən əvvəl təhlükəsizlik qaydalarına riayət edin.
- Səpin, əkin aqreqatlarından istifadə üzrə təlimatların aparılmasında mütəxəssisin iştirakı vacibdir.
- Səpin, şitilbasdıran aqreqatları üzrə təlimatlanmanı yeni taxıl, çiyid, qarğıdalı səpən, şitil əkən və kartof basdıran aqreqatın üzərində əyani olaraq göstərin.
- Kotan, mala, kultivator və taxılsəpən maşınlarla işləməzdən əvvəl tənzimləmə və xidmət işləri aparılması üzrə təlimatları yerində icra edin.
- Zəhərli maddələrlə iş zamanı təhlükəsizlik qaydalarını sadalayın.
- Qoruyucu vasitələrdən istifadə üzrə məşq edin.
|