1.6.3. Yanğın təhlükəsi yaradan qurğular
Diqqət! Kombaynların taxıl yığımı zamanı mühərrikin yanmış qazları xaric edən səsboğucusu qığılcım söndürücü ilə təchiz edilir (Şəkil 1.30).
Unutmayın! Taxılyığan kombaynların yığım zamanı mühərrikində yanmış qazları xaric edən səsboğucusu qığılcım söndürücülərlə təchiz edilməməsi yanğının baş verməsini sürətləndirir.
Yadda saxlayın! Aqreqatın yığım dövrü işi zamanı işçilər yanğına qarşı təhlükəsizlik üzrə təlimatlanmalıdır.
Təlimatlanma təhlükəsizlik mütəxəssisləri tərəfindən iş yerində tələb edilən səviyyədə aparılmalı və təlimatın nəticələri sonda qiymətləndirilməlidir.
1.6.4. Yanğına qarşı mühafizə qurğuları
Unutmayın! Məhsul yığımında işləyən maşınlar texniki cəhətdən saz vəziyyətdə olmalı, xüsusi yanğınsöndürən qurğularla təchiz edilməlidir (Şəkil 1.31).
Bundan əlavə yanğın söndürmə avadanlıqları, o cümlədən, qum, bel, köpüklü su və s. ilə təmin edilmə, yanğının tez söndürülməsində vacibdir.
1.6.5. Yanğın təhlükəsinin xəbərdarlıq nişanları
Unutmayın! Yanğının insan həyatı üçün təhlükəli olması haqda təhlükəsizlik texnikası üzrə mütəxəssis bütün işçiləri hərtərəfli təlimatlandırmalıdır (Şəkil 1.32).
Diqqət! “Yanğın həyatınız üçün təhlükəlidir” nişanının göz önündə olması vacibdir.