1.5.3. Pambıqyığan kombaynlarla işləmək xüsusi hazırlıq keçmiş aqroservis mütəxəssislərə icazə verilir.
İşə başlamazdan əvvəl bütün mexanizmlər yoxlanmalı, tənzimlənməlidir.
Pambıqyığan kombaynlarla işə başlamazdan əvvəl sürücü - mexanik mütəxəssis tərəfindən təlimatlandırılmalıdır (Şəkil 1.22).
Pambıqyığan kombaynlarla işdən əvvəl onun işlək mexanizmlərindən istifadə zamanı baş verə biləcək bədbəxt hadisələrdən qorunma qaydaları haqqında aqroservis mütəxəssis xüsusi təlimatçılar tərəfindən hərtərəfli qaydada təlimat keçməlidir.
1.5.4. Pambıqyığan kombaynla təlimatlanma
Diqqət! Case Cotton Ekspress 420 pambıqyığan kombaynlarının işi zamanı müntəzəm olaraq şpindellərin səthi təmizlənməlidir (Şəkil 1.23).
Pambıqyığan kombaynlarla işləməzdən əvvəl onun mühərrik bölməsi, mühərrikdə nizamlama qaydaları haqqında təhlükəsizlik üzrə mütəxəssis tərəfindən xüsusi təlimatlanma aparılmalı və sonra onda işləməyə icazə verilməlidir.
1.5.5. Kombaynın şpindelinin, pambıq sorucu borusunun təhlükəsiz təmizlənməsi
Unutmayın! Pambıqyığan kombaynlarla işləməzdən əvvəl onların şpindelinin, pambıq sorucu borusunun və digər mexanizmlərin təhlükəsiz istifadə edilməsi üzrə təhlükəsizlik mütəxəssisi tərəfindən xüsusi təlimatlanma aparılmalıdır. (Şəkil 1.24).
Yadda saxlayın! Şpindelin əllə təmizlənməsinə icazə verilmir. Bunun üçün dəstək yeri olan xüsusi şotkalardan istifadə edilməlidir.