1.1.1. CLAAS Axion 820 traktoru
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatlardan istifadə etməzdən əvvəl təlimatlanma haqqında məlumat verilir.
Claas Axion 820 traktoru haqqında təlimatlanma (Şəkil 1.1).
1.1.2. CLAAS firmasının istehsal etdiyi Axion 820 traktorundan istifadədən öncə təlimatlanma
Unutmayın! Kənd təsərrüfatında bütün kənd təsərrüfatı maşınları traktorlarla aqreqatlaşır. Odur ki, ilk olaraq traktordan istifadə etməzdən əvvəl hər bir işçi təlimatlanmalıdır.
Almaniyanın CLAAS firmasının istehsal etdiyi Axion 820 traktorundan istifadə etməzdən əvvəl təlimatlanma ilə tanış olmaq lazımdır.
Traktorçu kabinədə oturub sükanı sərbəst idarə etməlidir.
Sükan çarxının hündürlüyü və mailliyi dəstək (Şəkil 1.2) vasitəsi ilə yerinə yetirilir.
Sükan çarxının mailliyini dəyişmək üçün dəstəyi endirib mailliyi düzəldib dəstəyi buraxmaq lazımdır.
Sükan çarxını qaldırmaq üçün dəstəyi qaldırıb hündürlüyü düzəldib dəstəyi buraxmaq lazımdır.
1.1.3. Claas Axion 820 traktorunun cihazlar lövhəsi
Claas Axion 820 traktorunun cihazlar lövhəsi (Şəkil 1.3) - də təsvir edilir.
1 - Taxometr;
2 - Közərmə indikatoru;
3 - İkinci dərəcəli qəza siqnalı indikatoru;
4 - Transmissiyan işiqlanma ekranı;
5 - Qəza dayanması;
6 - Fara işıqlanması indikatoru;
7 - Traktorun dönmə indikatoru;
8 - 1 - ci qoşqunun dönmə indikatoru;
9 - 2 - ci qoşqunun dönmə indikatoru;
10 - Arxa güc ayıran valın indikatoru;
11 - Qabaq güc ayıran valın indikatoru;
12 - Güc ayıran valın avtomatikliyinin indikatoru;
13 - Diferensialın qoşulma indikatoru;
14 - Asma qabaq körpünün aktivləşdiricisinin indikatoru;
15, 16, 17, 18 - İstifadə edilmir.
19 - Əl tormozunun indikatoru;
20 - Üzən diapazonun qoşucusunun indikatoru;
21 - Qabaq körpünün qoşucusunun indikatoru;
22 - Qəza məlumatları ekranı;
23 - Yanacaq səviyyəsi indikatoru;
24 - Mühərrikin soyuducu mayesinin temperaturunun indikatoru;
25 - Akumulyatorun dolması indikatoru.