1. Yeni maşın, texnika və ya aqreqatdan istifadə etməzdən əvvəl təlimatlanma
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatdan istifadədən öncə bütün kənd təsərrüfatı əməliyyatlarında işləyənlərin təlimatlandırılması ilk növbədə maşından təyinatı üzrə düzgün istifadə edilməsi məqsədi daşıyır.
Aqroservis mütəxəssis kənd təsərrüfatı texnikasının quruluşunu bilməli və ondan istifadə qaydalarını mənimsəməlidir.
Traktora aqreqatlaşdırılan kənd təsərrüfatı texnikası traktora düzgün qoşulmalı və təhlükəsiz işi təmin edilməlidir.
Əməliyyat yerinə yetirilərkən baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə təlimatlanma həyata keçirilir. Bu zaman kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan bütün maşın və mexanizmlərdən istifadədən əvvəl təlimatlandırma işləri yerinə yetirilməlidir. Hər bir texnikanın üzərində quruluşu və istismar təlimat kitabçası olmalıdır. İstifadədən öncə aqroservis mütəxəssis təlimat kitabçası ilə tanış olmalı və istifadə zamanı göstərilən təlimatlara əməl etməlidir. Odur ki, tədris vəsaitinin birinci bölməsi bilavasitə yeni maşın, texnika və ya aqreqatlardan istifadə etməzdən əvvəl işçilərin bu texnikalardan istifadə etməsinə aid bütün təlimatları keçməsinə həsr edilmişdir.
Təlimatlanma xüsusi yerlərdə və təlimatlandırma işlərini yerinə yetirən mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Təlimatlanma başa çatdıqdan sonra həmin şəxslər müvafiq qaydada təlimat kitabında təlimatlanmaları ilə əlaqəli imza atmalı və bütün bu işlərdən məlumatlı olduğunu öz işlərində tətbiq etməyi bacarmalıdırlar.
1.1. CLAAS Axion 820 markalı traktordan və Case 420 Cotton Express markalı pambıqyığan kombayndan istifadədən öncə təlimatlanma
Bu alt başlıqda kənd təsərrüfatında istifadə edilən bütün maşın və aqreqatlardan istifadə etməzdən öncə onlarda işləmə qaydalarının təlimatlarının aparılmasından bəhs edilir. Enerji vasitəsi kimi CLAAS traktorunun, taxıl, pambıqyığan kombaynların və həmçinin digər kənd təsərrüfatı maşınlarının, istismardan əvvəl təlimatlandırılması haqqında məlumatlar veriləcəkdir.
Claas firmasının istehsal etdiyi traktorlar idarəsi elektron təchizatlı olmaqla sadədir. Respublikamızın təsərrüfatlarında Claas Axion və Claas Arion markalı traktorlardan istifadə edilir.
Yeni hazırlanan mütəxəssislər bu traktorlardan istifadə üzrə təlimat keçməlidir ki, istifadə edə bilsin.
Eyni zamanda yeni maşın, texnika və ya aqreqatlardan istifadədən öncə təlimatlanmanın aparılması şərtləri burada öz əksini tapmışdır.