MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumi təlim nəticələri:
Kənd təsərrüfatında istifadə edilən yeni maşın, texnika və ya aqreqatlardan istifadə zamanı təlimatlanma qaydalarına düzgün riayət edilməsi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasında bu sahədə işləyən işçilərin tam təlimatlandırılmasıdır.
Kənd təsərrüfatı ixtisasları üzrə 2 - ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | Aqroservis mütəxəssisi |
Modulun nömrəsi: | 3.1.2.2.2.2.03 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 60 saat |
İxtisas üzrə praktiki dərslər: | 60 saat |
İstehsalat təcrübəsi: | 200 saat |
Tədrisin məqsədi | Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) | Tədrisin məzmunu (praktiki məşğələlər) | Dərs saatları (praktiki məşğələlər) | İstehsalat təcrübəsi | Dərs saatları (istehsalat təcrübəsi) | Metodik göstərişlər |
Yeni maşın, texnika və ya aqreqatdan istifadə etməmişdən öncə təlimatı oxumaq lazım olduğunu bilir. | Təlimat və istismar qaydalarından
istifadə etmək. Yeni avadanlıq, maşın və aqreqatlar üçün təlimatlandırmaq. |
10 | Təlimata (istifadə qaydalarına) əsasən yeni texnikanı istifadə üçün qəbul etmək. | 10 | |||
Yeni maşın, texnika və ya aqreqatı istifadə üçün hazırlaya bilir. | İstifadədən öncə yoxlama (nəzarət) tədbirləri (Su, yağ, hava, dilçək remeni, elektrik). Birləşmələrin yoxlanması (elektrik, hidravlika). Aqreqatın istismara yararlılığının yoxlanması. Nasazlıqların yoxlanması. | 15 | Maşın, texnika və aqreqatın Yoxlanmasını həyata keçirmək. Su, yağ, hava, dilçək remeni, elektrik vəs. Aqreqatın istismara yararlılığını yoxlamaq. | 15 |