EDP (ЭDП), BF (БФ)-2 yapışqanından istifadə olunarsa, asisstondan istifadə olunur. Hissələrin yapışdırılması onların dayanıqlı vəziyyətində aparılmalıdır. Hissələrin yapışqanla birləşdirilməsi prosesi aşağıdakı ardıcıllıqla yerinə yetrilir:
Maşın və mexanizmlərin yığılmasında kombinə edilmiş (çox məqsədli) yapışqanlardan istifadə olunur. Qaynaq yapışdırıcı kimi istifadə olunan bu yapışqanların, əsasən, VK (BK)-9 markasından daha geniş tətbiq olunur (Şəkil 2.59). Bu qaynaq yapışdırıcı, əsasən, hissənin səthinin bir-birinə uyğunlaşması üçün tətbiq olunur. İstifadə olunduqda hissənin səthində dəqiq qaynaq kimi qat yaradır.
Müxtəlif quruluşlu maşın və mexanizmlərdə geniş istifadə olunur. Əsasən, mexaniki ötürmədə istifadə olunan hissələrdə olan yeyilmələr zamanı geniş tətbiq olunur. Yapışqanlardan istifadə etməklə müxtəlif növ materialların birləşməsi həyata keçirilir. Bu zaman onların ölçüləri dəyişmir və ağırlığı artmır. Yapışqanla birləşmə istilik və səsdən mühafizə etməklə yaxşı germetikliyə malik olur. Yapışqan birləşmələri çox istiliyə və az istiliyə davamlı olur. Bunun üçün çoxlu zəhərli (toksidli) yapışqanları vardır.
Yapışdırıcı material kimi yüksək polimerlik xassəsinə malik yapışqanlardan istifadə olunur. Bu yapışqanın əsasını epoksid qətranı təşkil edir. Əsasını epoksid qətranı təşkil edən yapışqanlar VK (BK)-32, EM (ЭM) epoksid P(П), PR (ПP) markalarında buraxılır. Bu yapışqanlardan geniş istifadə olunur. Bu növ yapışqanlarda birləşmə böyük gücə malik olmaqla 90 dərəcə selsiyə qədər istiliyə qarşı davamlı olur. Əsasını fenollar təşkil edən yapışqanlar az, yəni 70 dərəcə selsiyə qədər istiliyə davamlı olur. VK (BK)-13 və VK (BK)-13M markalı yapışqanlarla aparılan birləşmələr yüksək temperatura və titrəyişlərə davamlı olur. Hal-hazırda elə xüsusi yapışqanlar var ki, onlar 500 dərəcə selsiyə qədər istiliyə davamlı olur.