Metalların qaynaq edilməsində aşağıdakı üsullardan istifadə olunur:
Əritmə ilə qaynaqda, qaynaq edilən hissələrin metalı ərimə temperaturuna qədər qızdırılır. Çünki bəzi metallar yalnız maye halda qaynaq edilə bilir. Ərimə temperaturuna qədər qızdırılmış hər iki hissənin ucu əriyib az və ya çox bircinsli olan ümumi vanna əmələ gətirir. Sonra bərkidikdən sonra tikişə çevrilir, əritmə ilə qaynaqetmədə istifadə olunan avadanlıq sadə və universal olur. Ona görə də geniş tətbiq olunur. Lakin əritmə ilə qaynaqda əridilib üstə yapışdırılan metalın kimyəvi tərkibində və quruluşunda müəyyən dəyişikliklər baş verir.
Elə metallar var ki, həm maye halda, həm də plastik (bərk) halda qaynaq edilir. Plastik halda qaynaq etdikdə metalın kimyəvi tərkibi dəyişmir. Quruluşu isə cüzi dərəcədə dəyişir. Qaynaq edilən hissələrin xassələri demək olar ki, dəyişmir.
Təzyiq altında qaynaq, hissələrin plastik (bərk) halda qaynaq edilməsində tətbiq olunur. Təzyiq hissələr arasında sıx əlaqənin yaranmasını təmin edir. Qaynaq edilən hissələrin bir-birinə toxunduğu yerdə metalın qarşılıqlı surətdə diffuziya etməsinə (qarışmasına) kömək edir. Metalı qızdırmaq üçün istifadə olunan istilik mənbələrinin növünə görə qaynaq iki qrupa bölünür:
Elektrik qaynağı zamanı elektrik enerjisi istilik enerjisinə çevrilir. Kimyəvi qaynaqda isə kimyəvi reaksiyaların enerjisindən istifadə olunur. Elektrik qaynağı qövs, kontakt və şlanq ilə aparıla bilər. Kimyəvi qaynaq isə qaz qaynağı, termit qaynaq və dəmirçi qaynağı növlərinə ayrılır. Dəmirçi qaynağı az karbonlu poladlar üçün aparılır. Qaynaq ediləcək ucluqlar ərimə temperaturuna yaxın temperatura qədər qızdırılır. Sonra bir-birinin üstünə qoyulub döyülməklə aparılır. Bu növ qaynaq çox əmək tələb edir və məhsuldarlığı az olur. Ona görə bu üsuldan demək olar ki, istifadə olunmur.