2.3. Plastik kütlə emalı
Maşınqayırma sənayesində plastik kütlələrdən geniş istifadə olunur. Plastik kütlə qətran əsasında alınan müxtəlif maddələrin qarışığından ibarətdir. Bu qarışığa plastifikatorlar, doldurucu, yağlayıcı və boyaq materiallar daxildir. Plastik kütlə qızdırıldıqda yumşalaraq istənilən formanı alır. Soyudulduqda plastik xassəsini itirərək yenidən bərkiyir. Plastik kütlədən hazırlanan materiallar aşağıdakı üstün göstəricilərə malik olur:
Ona görə də plastik kütlədən hazırlanmış məmulatlardan texnikanın müxtəlif sahələrində geniş istifadə olunur.
Plastik kütlələr termoreaktik və termoplastik olmaqla iki qrupa bölünür. Bunların temperatur təsirinə münasibəti müxtəlifdir.
Termoreaktiv kütlələr müəyyən temperaturda ərimir. Üzvi məhsullarda həll olmayan materiala çevrilir. Termoplastik kütlələr qırıldıqda yumşalır və yaxşı əriyir. Üzvi məhlulda həll olur. Termoplastik kütlənin üstünlüyü ondan ibarətdir ki, bir neçə dəfə işlətdikdən sonra yenə başqa məmulat hazırlamaq olar. Plastik kütlənin plastikliyi və elastikliyi artırılır. Bunun üçün onun tərkibinə plastifikatorlar qatılır. Bu qatılan maddə plastik kütlənin sərtliyini və kövrəkliyini azaldır. Müasir maşınqayırmada plastmasdan hazırlanan hissələrdən geniş istifadə olunur. Son zamanlar ən çox istifadə olunan plastik kütlələrdən biri də tekstalitdir.
Tekstalit metaldan bir neçə dəfə yüngüldür. Kiçik sürtünmə əmsalına malikdir.
2.3.1. Rezin və ebonit - başqa materiallara nisbətən yüksək fiziki-kimyəvi xassəyə malikdir (Şəkil 2.41). Buna görə də bu materialdan texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Rezin təbii və süni kauçukdan hazırlanır. Rezin aşağıdakı yüksək xassəyə malikdir:
Buna görə də şinlərin, rezin boruların, manjetlərin və s. hazırlanmasında geniş istifadə olunur.
Ebonit rezinin bir növüdür. Ebonitin tərkibində 30-50%-ə qədər kükürd olur. Ebonitdən akkumulyator batareyasında ara qatın hazırlanmasında istifadə olunur.