Silindrik frezlərdən, adətən, (dəst) şəklində istifadə olunur. Dəstin () içərisində iki və daha çox frez olur. Əsasən, səthlərin pilləli işlənməsi üçün istifadə olunur. Sənaye tərəfindən bərk silindrik frezlər buraxılır. Bunlara polad sürətli kəsicilər daxildir. Bununla yanaşı, bərk ərintilərdən hazırlanmış silindrik frezlər buraxılır. Sürətli kəsici frezlər iki növdə (tipdə) buraxılır. Birinci kiçik dişli frez, ikinci isə böyük dişli frezdir. Birinci növ frezdən səthlərin yarı zərif və zərif işlənməsi üçün istifadə olunur. İkinci növ frez isə səthlərin kobud işlənməsi üçün tətbiq olunur (Şəkil 2.40).
Disk formalı frez aşağıdakı formalarda olur:
Üçyanlı disk formalı frez - əsasən, çuqun və poladdan olan deşiklərin 9 - cu keyfiyyət sinfinə uyğun frezləməkdir. Buraxılan frezlər birbaşa istifadə olunan dişli olur. Bununla yanaşı, istifadə olunmasından asılı olaraq müxtəlif təyinatlı dişlərlə təchiz olunmuş olur. Bu dişlərin maillik bucağı 150 dərəcədir. Kəsici hissənin həndəsi göstəriciləri aşağıdakı kimidir. Baş qabaq bucaq 150 dərəcə. Dişin periferiyası ilə yaratdığı arxa (dal) bucaq 200 dərəcədə sona çatdırma ön (qabaq) bucaq 60 dərəcə. Bu frezlərin çatışmazlığı mürəkkəb itiləmələrin aparıla bilməməsidir.
Pazşəkilli frez - bu frezlər üçyanlı frezlərə nisbətən sadə quruluşa malikdir. Frezləmə zamanı ölçülərin saxlanması dişlərin eni ilə həyata keçirilir. Qabaq (ön) kəsmə zamanı kəsmə bucağı olmur. Nəzərdə tutulduğuna, əsasən, kəsmə 1 millimetr uzunluğunda aparıla bilər. Bu frezləmə zamanı kəsmə yanız baş kəsicinin kənarları ilə aparılır.