➢ | Müstəvi cilalama - Bu üsulla cilalamada pəstahın müstəvi səthləri cilalanır. Bu zaman həm kobud, həm də zərif cilalama aparıla bilər. Müstəvi cilalamanın özü iki üsulla aparılır: |
Dairəvi və düzbucaqlı masaya malik olan dəzgahlarda hər iki üsulla cilalama aparmaq mümkündür. Düzbucaqlı masası olan dəzgahda pəstah Vn sürəti ilə irəli-geri hərəkət edir. Cilalayıcı dairə isə Vd sürəti ilə fırlanma hərəkəti edir. Hər uzununa veriş hərəkətinin sonunda eninə veriş yaranır. Düzbucaqlı masalı dəzgahda abraziv dairənin kənarı ilə cilalama apardıqda hərəkət sürəti aşağıdakı hüdudda dəyişir.
Pəstahın irəli-geri hərəkəti kobud cilalamada 3-12 metr/dəqiqə., zərif cilalamada isə 2-3 metr/dəqiqə arasında dəyişir.
Dairəvi masalı dəzgahlarda eyni qayda ilə cilalama aparılır. Pəstahın irəli-geri hərəkəti kobud cilalamada 4-20 metr/dəqiqə olur. Cilalama bu üsulla aparıldıqda kəsmə dərinliyi (t) şaquli veriş Şt ilə müəyyən olunur. Şaquli veriş isə hər dəfə yeni gedişin əvvəlində yaranır.
Eninə veriş (Sen) abraziv dairənin enindən (B) asılı olaraq dəyişir.
Sen = (0,2 - 0,7) B