➢ |
Mərkəzli dairəvi cilalama dəzgahları - pəstahın (hissənin) xarici səthini, yan
üzünü cilalayır.
Ən çox ayrı-ayrı hissələrin cilalanmasında istifadə olunur. Müəyyən nömrələrlə (seriyalarla)
istehsalda da tədbiq olunur. Bu dəzgahlar universal və qeyri universal olur.
|
➢ | Mərkəzsiz dairəvi cilalama dəzgahları - Fırlana bilən pəstahları dəzgaha bağlamadan cilalamağa imkan verir. Belə dəzgahda bağlama mexanizminə ehtiyac qalmır. Yüksək məhsuldarlığa malikdir. Bu dəzgahla seriyalı (nömrəli) və kütləvi istehsal olunan hissələrin emalı aparılır. Bu hissələr hamar, çıxıntılı və fasonlu (müxtəlif formalı) kimi səthlərə malik ola bilər. |
➢ | Xüsusi dairəvi cilalama dəzgahı - Kütləvi istehsal olunan hissələrin emalında geniş istifadə olunur. Çünki bu zaman dəzgahlar yüksək səmərəliliklə işləyir. Bu dəzgahla yalnız müəyyən olunmuş bir hissə emal edilir. Bu da xüsusi dairəvi cilalama dəzgahının quruluş xüsusiyyətini göstərir. |
Daxili cilalama dəzgahları - Əsasən pəstahların daxili boşluqlarında olan müxtəlif formalı səthlərin cilalanması yerinə yetirilir.
Bu səthlər konusvari, pilləli iki tərəfdən açıq konusvari deşiklər, silindrik və s. formada ola bilər. Daxili səthi cilalanan pəstah kiçik və böyük ölçülü ola bilər. Kiçik ölçülü pəstahın daxili səthinin cilalanması üçün patronlu daxili cilalama dəzgahından istifadə olunur. Böyük ölçülü pəstahların daxili səthinin cilalanması planetar daxili cilalama dəzgahlarında aparılır. Mərkəzsiz daxili cilalama dəzgahından da istifadə olunur. Bu dəzgahların tətbiq sahəsi məhduddur.
Əsasən, halqa formasında olan pəstahların daxili səthini cilalamaq üçün istifadə olunur.
Müstəvi cilalama dəzgahları - Əsasən, müstəvi və düzxətli müxtəlif formaya malik (fasonlu) səthlərin cilalanması aparılır. Bu dəzgahlarda dairəvi və düzbucaqlı formada masalar (stollar) vardır. Müstəvi cilalama həmin masaların üzərində aparılır. Ən geniş yayılmış düzbucaqlı formada masası olan müstəvi cilalama dəzgahlarıdır. Lakin dairəvi masaya malik müstəvi cilalama dəzgahı fasiləsiz cilalama işi aparmağa imkan verir. Buna görə də həmin dəzgahlardan istifadə daha səmərəli olur.
Müxtəlif formalı (fasonlu) və ixtisaslaşmış cilalama dəzgahları - Mürəkkəb formalı quruluşa və müxtəlif formalı səthə malik olan hissələrin emalı aparılır. İşin xarakterindən asılı olaraq ixtisaslaşdırılmış cilalayıcı dəzgahlardan istifadə olunur. Yiv cilalayıcı, şlis cilalayıcı və diş cilalayıcı ixtisaslaşdırılmış dəzgahlar tətbiq olunur. Müasir maşınqayırmada vaxtında çatdırma dəzgahlarından istifadə olunur. Bu dəzgahlarda, əsasən, kəski alətlərinin itilənməsi aparılır. Bununla yanaşı, emal olunan hissə tələb olunan ölçüyə çatdırılır.