2.1.2.5. Cilalayıcı dairələrin müasir formaları
Son vaxtlar maşınqayırmada böyük gücə və sürətə malik cilalama işləri aparılır. Gələcək cilalama işlərində inkişaf istiqamətləri müəyyən olunur. Bu inkişaf istiqamətində daha keyfiyyətli cilalama alətlərinin istehsalı nəzərdə tutulur. Yəni yüksək davamlılığa və bərkliyə malik cilalayıcı dairələrin istehsalı həyata keçirilir (Şəkil 2.34).
Şəkil 2.34. Cilalayıcı dairələrin müasir formaları (görünüşləri).
a) Yüksək davamlı dairələrin formaları (görünüşləri);
b) Fasilələrlə (aralıqlı) istifadə olunan dairələrin işçi səthləri.