Cilalayıcı list - zolaq şəkilli düzbucaqlı formadadır. Həmin düzbucaqlı formada zolağın uzunluğu 1000 millimetrə qədər, eni isə 70-1000 millimetr arasında dəyişə bilər.
Cilalayıcı lent - düzbucaqlı formada zolaqdır (Şəkil 2.32). Uzunluğu çox, eni isə az olur. Cilalayıcı lent iki formada olur. Birincisi emal zamanı kənarları bağlayan, ikincisi isə kənarları bağlamayan cilalayıcı lent formasında olur. Əsasən, uzunluğu 25-100 m, eni isə 2,5-1500 millimetr hüdudunda buraxılır. Ağac emalında lentşəkilli cilalayıcı maşından istifadə olunur (Şəkil 2.33).
Cilalayıcı disk - sumbata kağızı dairə formasında hazırlanır. Disk və ya radial, uzununa kəsik formada da ola bilər.
Cilalayıcı boru (trubka) - sumbata kağızı silindr formasında olur. Əgər cilalayıcı borunun diametri onun boyuna bərabər və böyük ola bilər. Bu halda cilalayıcı üzük adlanır. Cilalayıcı K tipdə və konus formasında kəsilmiş - KY tipdə ola bilər. Sumbata kağızının forması həndəsi fiqura uyğun gəlir.