Şəkil 2.26-da göstərilən ikiüzlü cilalayıcı dairələrdən bütün materialdan olan hissələrin cilalanmasında istifadə olunur.
Cilalamada aşağıdakı müxtəlif növ maşınlardan istifadə olunur.
2.1.2.4. Elastik (əyilə bilən) abraziv cilalama aləti
Üzərində abraziv dənələr əlaqələndirilmiş formada olan alət cilalayıcı sumbata kağızı adlanır. Cilalayıcı sumbata kağızı müxtəlif materiallar (üzərində) əsasında buraxılır. Kağız, parça, kombinə edilmiş (hər ikisindən istifadə etməklə (Şəkil 2.30), karton və başqa materiallar əsasında buraxılır. Əlaqələndirmə quruluşuna və formasına görə sumbata kağızı müxtəlif xarakterdə buraxılır (Şəkil 2.31).
Xarakterinə görə suyadavamlı, suyadavamsız və istiliyə davamlı buraxılır. Sumbata kağızları cilalayıcı üzlərin sayına görə fərqlənir. Yəni bir üzü cilalayıcı və iki üzü cilalayıcı olur.