Orta yumşaq və orta əlaqələndiricili (SM2 (CM2)-S2 (C2)). Təmiz cilalamada istifadə olunur. Bununla yanaşı, böyük addımlı yivlərin cilalanmasında da tətbiq olunur.
Orta və orta bərklikdə dairələr (S2 (C2)-ST2 (CT2)). Möhkəmləndirilməmiş poladdan olan hissədə yivlərin cilalanmasında istifadə olunur. Bununla yanaşı, çuqun, özüllü materialların bülöv daşları ilə cilalanmasında tətbiq olunur.
Çox bərk və daha çox bərk (ifrat) dairələr (VT (BT), 4T) diyircəkli yastıqların cilalanmasında istifadə olunur (Şəkil 2.22).
Abraziv alətin quruluşu onun möhkəmliyinə görə müəyyən olunur. Bu isə cilalayıcı materialda abraziv dənələrin ölçüsü və istifadə olunan əlaqələndiricidən asılıdır. Abraziv alətlərdə istifadə olunan dənələrin ölçüsünə görə dənəvərlik nömrəsindən istifadə olunur. Dənəvərlik nömrəsi 16- a qədər nömrələnir:
Cilalama dairələri istifadə olunmasına görə müxtəlif ölçü və formalarda hazırlanır. Bununla yanaşı, dəzgahlarda tətbiq olunmasına görə də müxtəlif tiplərdə hazırlanır. Buna görə də hazırlanma forma və tipinə görə aşağıdakı kimi qruplaşdırılır: