Vulkanik əlaqələndiricilər - V (B), V1 (B1), V2 (B2), V3 (B3), V5 (B5), QF (ГФ), PF (ПФ), E5 (Э5), E6 (Э6) markalarda olur. Əsas işlərin yerinə yetirilməsi üçün istifadə olunan cilalayıcı alətlərin hazırlanmasında istifadə olunur. Burada əsas iş kimi mərkəzsiz cilalama, dairəvi hamarlama və pardaqlama nəzərdə tutulur (Şəkil 2.21).
Mexaniki əlaqələndiricilər - Müqaviməti artırılmış dairəvi almaz cilalayıcı alətin hazırlanmasında istifadə olunur. Bu alətlərdən ərintilərin və dairəvi səthlərin elektrokimyəvi abraziv işlənməsi üçün tətbiq olunur.
2.1.2.3. Cilalamada istifadə olunan abraziv alətlər
Cilalayıcı (abraziv) alətlər, əsasən, bərkliyinə görə təsnif olunur. Çünki abraziv alətlərin keyfiyyəti və istifadə olunma sahəsi onların bərkliyi ilə müəyyən olunur. Cilalama zamanı alətin səthinə xarici qüvvələr təsir edir. Həmin qüvvələr abraziv dənəcikləri qoparmağa çalışır. İstifadə olunan əlaqələndirici xarici qüvvəyə müqavimət göstərir. Müəyyən həddə qədər dağılmanın qarşısını alır. Odur ki, bərklik artdıqca xarici qüvvəyə göstərilən müqavimət də artır. Abraziv alətlər üçün aşağıdakı bərklik sinifləri müəyyən olunmuşdur:
Bərklik sinfinə aid olunan hərflər onun adını ifadə edir. Məsələn, M-мякий-yumşaq, C-средный- orta və s..
Emal zamanı hissənin materialına nisbətən bərk abraziv dairələrdən istifadə olunur. Çünki bu zaman onlar dənələri ovulmadan işləyir. Yumşaq poladdan olan hissələri cilaladıqda bərk dənəli abraziv alətlərdən (dairələrdən) istifadə olunur.
Ölçü alətlərini və bərk ərintidən hazırlanmış kəski alətlərini cilalamaq üçün almaz dairələrdən istifadə olunur. Şüşə keramika, kvars və başqa çətin emal olunan hissələrin cilalanmasında da almaz dairələrdən istifadə olunur.
Yumşaq və orta yumşaq dairələr (M1-SM2 (CM2)). Bərk ərintilərdən möhkəmləndirilmiş poladdan olan hissələrin və əlvan metalların cilalanmasında istifadə olunur.