Maz (krem) - 81 markada buraxılır. Dəri, ağac və ebonitin emalında istifadə olunur.
Karbid mazı (krem) - Qara karbid kremi 53 S (53 C), 54 S (54 C) və 55 S (55 C) markalarında buraxılır. Əsasən, bərk ərintilərin, çuqun, rəngli metalların, şüşənin və plastmas materialların cilalanmasında istifadə olunur. Yaşıl karbid kremi 63 S (63 C) və 64 S (64 C) markada buraxılır. Nazik metal kəsici alətlərin, bərk ərintilərin, keramikanın, dairəvi sahənin cilalanmasında istifadə olunur.
Elbor - fiziki-mexaniki xassəsinə görə sintetik almaza yaxındır. Yüksək bərkliyə və termik möhkəmliyə malikdir (Şəkil 2.18). Ona görə də paslanmayan, odadavamlı və emalı çətin olan hissələrin cilalanmasında istifadə oluna bilər.
Cilalama zamanı abraziv materiallardan toz və dənəvər şəkildə az istifadə olunur. Abraziv materiallar dairəvi, bülöv və seqment şəklində hazırlanaraq cilalama aləti adlanır Buna görə də abraziv dənələr müəyyən əlaqələndirici (birləşdirici) ilə qarışdırılır. Sonra isə müxtəlif formalı abraziv alət hazırlanır. Bu alətlərdən cilalamada istifadə olunur.
LO (Л0) və LP (ЛП) markalarında buraxılır. Abraziv alətin hazırlanmasında üzvi keramik və metal əlaqələndiricilərdən istifadə olunur. Abraziv pasta və sumbata kağızı bu markalarda buraxılır. KR (KP), KO və KOS (KOC) markaları cilalayıcı toz üçün hazırlanır.
Dənələrin ölçülərindən asılı olaraq cilalayıcı material aşağıdakı dörd qrupa bölünür:
Cilalayıcı materialda abraziv dənələrin yerləşdirilmə məsafəsi və ölçülərinə görə fraksiyalara ayrılır. Fraksiyada ümumi kütlədə olan dənələrin sayı və həcmi əsas götürülür. Fraksiyada tərkibindən asılı olaraq cilalayıcı dənələrin ölçüləri 40-400 μm qədər ola bilir.
Cilalayıcı mikro tozun (kiçik ölçülü cilalayıcı tozun) markasında 40 μm dənələrin ölçüsündən istifadə edilir. Almaz cilalayıcı tozun markası 400 / 250.
Bu markada dənələrin ölçüləri 400 μm-dən 250 μm-ə qədərdir.
Ümumiyyətlə, dənələrinin ölçüləri 80 μm-dən yuxarı olan abraziv alətlərdən kobud cilalamada istifadə olunur. Abraziv dənələrinin ölçüləri 23 pm olan alətlərdən təmiz cilalamada istifadə olunur.
Dənələrinin ölçüləri 3 μm olan alətlərdən daha dəqiq, təmiz cilalama üçün istifadə olunur. Mikrotozdan hazırlanmış abraziv hissələr də daha dəqiq cilalamada tətbiq olunur.