Sintetik almaz - daha geniş tətbiq olunur. İstifadəsi zamanı başqa cilalayıcı materiallardan texniki-iqtisadi cəhətdən daha səmərəlidir. Təbii almaza nisbətən daha çox bərkliyə malikdir. Əsasən, bərk maddələrin ərintilərindən hazırlanmış hissələrin cilalanmasında sintetik almazdan istifadə olunur. Bununla yanaşı, polad və çuqun hissələrin cilalanmasında da sintetik almaz tətbiq olunur (Şəkil 2.17). Qeyri-metal materiallar olan optik şüşə və kvars məmulatların dəqiq emalı (cilalanması) bu növ cilalama materialı ilə aparılır.
Sintetik almaz AS 2(AC 2) markasında buraxılır. Bu markada abraziv dənəciklər üzvi əlaqələndiricilərlə birləşdirilir. Metalların və bərk ərintilərin əlavə təmiz işlənməsi üçün istifadə olunur. AS 4 (AC 4) markası keramika və kövrək materialların işlənməsində tətbiq olunur. AS 15 (AC 15) markası, əsasən, ağır şəraitdə yerinə yetirilən işlər üçün nəzərdə tutulur. Bu markadan şüşənin kəsilməsində, keramika və dəmir beton materialın cilalanmasında istifadə olunur. AS 20 (AC 20) və AS 32 (AC 32) markasından deşiklərin, iç yonuşların dairəvi materiallarla cilalanmasında istifadə olunur. ARV1 (APB 1) markasından çuqundan olan iç yonuş və şüşə plastikanın kəsilməsində istifadə olunur. ASM (ACM) markası möhkəmləndirilmiş poladın və bərk ərintilərin əlavə pardaqlanması üçün tətbiq olunur. ASM 5 (ACM 5) və ASM 1 (ACM 1) markaları əlavə təmizlik, dəqiqlik üçün nəzərdə tutulur.
Titanik elektrokorund - 37 A markasında buraxılır. Bu alətdə də abraziv dənələr keramik əlaqələndiricilərlə birləşdirilir. Metalların işlənməsində istifadə olunur.
Konusşəkilli elektrokorund - 38 A markada buraxılır. Bu alətdən silinmə cilalaması aparmaq üçün istifadə olunur. Cilalama böyük hərəkət sürəti ilə aparılır.
Sahə korundu - ЭC markada buraxılır. Yumşaq və özüllü materialların cilalanmasında istifadə olunur. Bu materiallar kimi dəri, rezin, plastmas, rəngli metal ərintiləri nəzərdə tutulur.
Texniki şüşə - List və butulka formalı şüşələrin emalında istifadə olunur. 71 Q markasında buraxılır. Bu marka ağac emalında da tətbiq olunur.