➢ | Ağ elektrokorund - yaxşı kəsmə qabiliyyətinə malikdir. Mexaniki sexlərdə geniş istifadə olunur. Ağ elektrokorunda dairəvi şəkilli abraziv cilalama materialının hazırlanmasında istifadə olunur. Bu cür cilalama vasitəsi ilə bərk və kövrək materiallardan hazırlanan hissələrin emalı aparılır. Bərk material kimi azotlaşdırılmış və sementləşdirilmiş poladlar nəzərdə tutulur. Kövrək materiallar kimi isə müxtəlif növ şüşə ərintilərindən hazırlanan materiallardan istifadə nəzərdə tutulur. Hissələrin səthinin kobud və dəqiq cilalanması işi dəqiq yerinə yetirilir. Əsasən, 23 A, 24 A markasında dairəvi şəkildə buraxılır. Abraziv dənələr sərbəst yerləşir. 25 A markalı ağ elektrokorund keramiki əlaqələndirilərək böyük təmizlik sinfinə aiddir (Şəkil 2.10). |
➢ | Monokorund - dairəvi şəkilli cilalama materialı kimi hazırlanaraq tətbiq olunur. Daha çox bərkliyə malik olan poladlardan hazırlanmış hissələrin cilalanması yerinə yetirilir. 43 A, 44 A markasında buraxılır. Abraziv dənələr keramika ilə əlaqələndirilmişdir. 45 A markasından təmizlik aləti kimi istifadə olunur. 92 E markalı elektrokorunddan hissələrin pardaqlanması üçün istifadə olunur (Şəkil 2.11). |
➢ | Xromlu elektrokorund - bərkliyi və sərtliyi çox olan ərintilərdən hazırlanmış hissələrin cilalanmasında istifadə olunur. 33 A və 34 A markasında buraxılır. 33 A markalı abraziv alətdə keramik əlaqələndiricidən istifadə olunur. Bu markada abraziv dənələr sərbəst yerləşir, 34 A markalı xromlu elektrokorundlu alətdə də keramik əlaqələndirici tətbiq olunur. Yüksək təmizlik sinfinə aiddir (Şəkil 2.12). |