Ənənəvi mexaniki kəsmə üsulunun aşağıdakı çatışmazlıqları mövcuddur:
Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün yeni kəsmə üsulu texnologiyalarından istifadə olunur. Bu üsuldan müasir maşınqayırma zavodlarında geniş istifadə olunur. Ən müasir üsul metalların fiziki-mexaniki kəsilmə üsuludur. Burada kəsmə aşağıdakı üsullarla aparılır:
Bu üsullar böyük məhsuldarlığı təmin edir. Mexaniki kəsmə üsulunda olan çatışmazlıqlar aradan qaldırılır. Tətbiq sahəsindən asılı olmayaraq səmərəli olur.
Mexaniki emal edilərək hissə normal ölçü və formaya salınır. Sonra həmin hissə maşının müxtəlif qovşaq və aqreqatlarına yığılır.
Pəstahın (hissənin) mexaniki emal prosesi aşağıdakı üsullarla yerinə yetirilir.
2.1.1.1. Nişanlama
Nişanlama - emal payını saxlamaqla ölçülərin çertyojdan və ya nümunədən pəstaha köçürülmə prosesidir. Nişanlamanın əsas məqsədi pəstahın emal sərhədini göstərməkdən ibarətdir. Nişanlama vaxtı pəstahın üzərinə emal sərhədlərindən başqa, deşiklərin mərkəzlərini və oxlarını da köçürürlər.