Sual 5. Porşen başlığının klapana toxunma təhlükəsi nə vaxt yarana bilər?
A)
Dirsəkli valın sürgüqolu boyunlarının radiusu normal ölçüdə olmadıqda;
B)
Dirsəkli valın sürgüqolu boyunlarında yağ kanalları tutulduqda;
C)
Dirsəkli valın sürgüqolu boyunlarında çat olduqda;
D)
Dirsəkli vallarda əyilmə yol verilən hüdud ölçüsündən çox olduqda;
E)
Dirsəkli valın ana və sürgüqolu boyunlarının təmir ölçüləri arasındakı fərq pozulduqda
Sual 6. Dirsəkli valın ana və sürgüqolu boyunları ilə içliklər arasında araboşluğu nə üçün qoyulur?
A)
Valın boyunları təmir edildikdən sonra normal ölçüdə olmadıqda;
B)
Valın boyunları ilə içlik arasında kipləşmənin yaranmaması;
C)
Valın boyunlarına olan zərbələrin təsirini azaltmaq;
D)
Valın blokun gövdəsində rahat və kip oturdulması;
E)
Valın boyunları ilə içlik arasında normal yağlanmanın olması
Sual 7. Təmir edilmiş nazimçarx nə üçün balanslaşdırılır?
A)
Zərbə qüvvələrinin yaranmaması üçün;
B)
Ağırlığını azaltmaq üçün;
C)
Səlis fırlanması üçün;
D)
Tarazlığı bərpa etmək üçün;
E)
Dişlərin yeyilməsini azaltmaq üçün
Sual 8. Blok başlığının bloka bağlanan səthində qabarmalar olduqda hansı ölçü alətindən istifadə edilərək yoxlanılır?
A)
İndikatorlu reysmusla;
B)
Şupla (ara ölçənlərlə);
C)
Polad kalibrli xətkeşlərlə;
D)
Mikrometrlə;
E)
İndikatorlu mikrometrlə
Sual 9. Ventilyatorun qayışı keçən novcuqların yeyilməsi necə müəyyən olunur?
A)
Disbalans və titrəyişlər yaranır;
B)
Qayış novcuqlardan kənara çıxır;
C)
Ventilyatorun dövrlərinin sayı azalır;
D)
Qayış sürüşərək hərəkət ötürmür;
E)
Ventilyatorun fırlanma hərəkəti dayanır.