-
Sizin yaşadığınız və ya təhsil aldığınız əraziyə yaxınlıqda yerləşən aqroservislərlə tanış olun.
Mühərrikdə nasazlıq olduqda harada və necə təmir edilməsi haqqında məlumat toplayın.
-
Traktor mühərriklərində və kənd təsərrüfatı maşınlarında nasazlıqları yaradan səbəblər
haqqında informasiya toplayın.
-
Təmir işlərində istifadə olunan nəzarət-ölçü cihazları və onlardan istifadə qaydaları haqqında
informasiya toplayın.
-
Çarxqol-sürgüqol mexanizminə daxil olan hissələrin təmirində ən çox hansı nəzarət-ölçü
cihazlarından istifadə olunur. Fikirlərinizi yazın.
-
Nəzarət-ölçü kalibirlər dəstindən ən çox hansı hissələrin yoxlanmasında istifadə olunur?
-
Təmirə daxil olmuş mühərriklərdə işlərin hansı ardıcıllıqla yerinə yetirilməsi haqqında
fikirlərinizi yazın.
-
Müasir kultivatorlarla ən çox təmirə ehtiyacı olan işçi orqanlar haqqında informasiya
toplayın.
-
Silindrlər blokunun materialından asılı olaraq təmir üsulları haqqında fikirlərinizi yazın.