Silindrlərin konsluğunu təyin etdikdə onun boyu, uzununun bir xətt üzərində bir neçə nöqtədən ölçmə aparmaq lazımdır. Ovallığı təyin etdikdə isə boyu, uzunu üzərində müəyyən məsafədən bir perpendikulyar xətlər üzrə yoxlama aparılır.
1.9.1.7. Ölçü kalibrləri
Valın diametrini ölçmək üçün mikrometrdən istifadə olunur. Mikrometr vasitəsi ilə ölçmə aparılarkən ilkin məlumat kimi onun dəqiq ölçüsü təyin edilir. Əldə olunmuş ölçü hissənin normal ölçüsü ilə müqayisə olunur. İkinci məlumat kimi ölçülmüş hissənin normal ölçüsünün aşağı və yuxarı hədd qiymətləri seçilir. Seçilən bu ölçü qiyməti hissənin aid olduğu mühərrikin markasından asılıdır. Ölçmə aparılması zamanı əmək sərfi ilə yanaşı, müəyyən vaxt itkisi olur. Bununla yanaşı, hissələr kütləvi və xüsusi nömrələrlə istehsal olunur. Bu itkiləri aradan qaldırmaq üçün nəzarət-ölçü kalibrlərindən istifadə olunur. Nəzarət-ölçü kalibrləri ilə birbaşa normal ölçüdən kənarlaşmanı təyin etmək mümkündür (Şəkil 1.33).
Kalibr üzərində bölgüləri olmayan nəzarət alətidir. Bununla hissənin yararlı olması təyin olunur. Hissələrin ölçülərinə nəzarət kalibrlərlə birbaşa yoxlanmaqla aparılır. Yoxlama aparıldıqdan sonra hissənin yararlı və çıxdaş olması müəyyənləşdirilir.
Kalibrlər yoxlama üsuluna görə normal və hüdudlu olur.
Normal kalibrlər - Ölçünü özündə əks etdirməklə mürəkkəb formalı hissələrə nəzarət üçün istifadə olunur. Yoxlanılacaq ölçü formasında nümunə kimi hazırlanır. Sonra isə həmin mürəkkəb formalı hissələrin yoxlanılmasında istifadə olunur.
Hüdudlu kalibrlər - Yuxarı və aşağı hüdud ölçülərində hazırlanmış nümunədir. Buna görə kalibrlər keçidli və keçidsiz olur. Hissələrin ölçülməsinə görə kalibrlər diferensial və kompleks olur.