Pəncələrin kəsici tiyəsinin ağzı kütləşdikdə itilənir. Kultivator pəncələrinin yeyilməyə yoxlanması mikrometrlə aparılır (Şəkil 1.22). İtiləmək üçün çarx daşından istifadə olunur. Əgər yeyilmə çox olarsa iki üsulla təmir edilir. Birinci üsul döyüb uzatmaqla, ikinci üsul isə metalı əridib qaynaq etməklə. Kultivatorun kəsici pəncələri 8-100 mailliyində üst tərəfdən itilənir. Yumşaldıcı pəncələr isə alt tərəfdən və ya hər iki tərəfdən itilənir. Pəncələr çox yeyilərək eni 10 millimetrə qədər azala bilər. Bu zaman onlarda gavahınlarda olduğu kimi döyülüb uzadılır. Sonra isə itilənir. Döyülüb uzadılmış pəncələr 820 dərəcə selsi temperatura qədər qızdırılır. Sonra yağa salınaraq tablandırılır. Yenidən 350-400dərəcə selsiyə qədər qızdırılıb açıq havada soyudulur.
Yumşaldıcı pəncələr yeyilə bilər. Bu zaman xüsusi elektrod və ya relit bərk ərintiləri əridilərək qaynaq edilir. Belə təmir zamanı onlar özü itilənən olur. Onların yeyilməyə davamlılığı 8-15 dəfə artır. Bunun üçün qaynaq ediləcək pəncə döyülüb normal ölçüyə salınır. Kəsici tiyənin üst səthində müəyyən çökəklik yaradılır. Həmin çökəklik xüsusi elektrod və ya relit çubuğundan istifadə edilməklə qaz alovunda əridilərək doldurulur. Çökəklik tam doldurulduqdan sonra çarx daşı ilə sığallanır. Kultivator pəncələrinin itilənmə bucağı onların təyinatından asılı olaraq sorğu kitabından seçilir.
1.9. Təmir zamanı istifadə olunan nəzarət-ölçü cihazları və onların istismar qaydaları
Hal-hazırda istifadə olunan nəzarət-ölçü cihazları iş prinsipinə görə aşağıdakı kimi qruplaşdırılır: