Yuxarıda göstərilən nasazlıqlardan hər hansı biri baş verdikdə təmir edilir. Təmir zamanı lazımi hissələr lehimlənir. Sarğılar yenidən sarılır və kontaklar dəyişdirilir.
1.7.3. Akkumulyator batareyasının təmiri
Hal-hazırda istismar olunan akkumulyator iki qrupa bölünür:
Təmir olunmayan akkumulyatorların istismar müddəti başa çatdıqda yenisi ilə əvəz olunur. Təmir olunan akkumulyatorlarda aşağıdakı nasazlıqlar ola bilər:
Təmirdən əvvəl akkumulyator batareyası təmizlənib gözdən keçirilir. Qapaqda və bankalarda çatlar ola bilər. Mastikanın köpüklənməsi və təbəqələşməsi yarana bilər. Bu halda batareya sökülüb təmir edilir. Bu nasazlıqlar yoxdursa, boşalma dərəcəsi elektrolitin səviyyəsi və sıxlığı ölçülür.
Elektrolitin səviyyəsini yoxlamaq üçün şüşə borucuqdan istifadə olunur. Borucuq qapağın deşiyindən dirənənə qədər aşağı endirilir. Yuxarı hissə isə kip örtülərək borucuq çıxarılır.
Borucuqda elektrolitin hündürlüyü ilə lövhələrin üzərindəki səviyyə müəyyən olunur. Bu səviyyə 10-15 millimetr hüdudunda olmalıdır. Elektrolitin sıxlığı desimetrlə ölçülür.
Xarab olmuş akkumulyator sökülməzdən əvvəl boşaldılır. Boşaldılmadan sonra nominal cərəyan 0,1 amper, gərginlik isə, 1,7 volt olmalıdır. Boşaldılma mənfi yüklü lövhələrin dağılmasının qarşısını almaq üçün aparılır. Sonra isə elektrolit boşaldılır. Boşaldılmış elektrolitdən təkrar istifadə etmək olmaz.
Seperatorlar dağıldıqda qalıqları təmizlənir və yenisi ilə əvəz olunur. Lövhələrin qəfəsi dağıldıqda və aktiv kütləsi töküldükdə yenisi ilə əvəz edilir. Lövhələr sulfatlaşdıqda da yenisi ilə əvəz edilir.
Kontaktların ucluqları yeyildikdə ən kiçik üzlü sumbata kağızı ilə təmizlənir.
1.7.4. Starterlərin təmiri
Starterlərdə aşağıdakı nasazlıqlar ola bilər: