Yumruqlu valın əyilməsi yoxlanılır. Yoxlanılma qaz paylama mexanizminin yumruqlu valında olduğu kimi aparılır. Əyilmiş val soyuq halda düzəldilir.
Valın sürüşkən yastıqlarda oturan boyunlarının yeyilməsi olduqda nasosda müvafiq təzyiq aşağı düşür. Yeyilmə olduqda təmir ölçüsünə qədər cilalanır. Valın çiv yuvalarının yeyilməsi daxili ölçən kalibrlərlə yoxlanılır. Yeyilmə olduqda təmir ölçüsünə qədər frezlənir. Yivlərin yeyilməsi və əzilməsi yivölçənlə yoxlanılır. Yeyilmiş yivlər yaylı taxmalar qoymaqla, yaxud böyük ölçüdə yiv açmaqla bərpa olunur.
1.6.2. Süzgəclərin təmiri
Süzgəclərin yaxşı işləməməsi qida sistemində hissələrin yeyilməsinə səbəb olur. Süzgəclər yaxşı işləmədikdə yanacaq təmiz süzülmür. Kobud təmizləyicidə (süzgəclərdə) yanacaq 0,07 millimetrə qədər olan mexaniki qarışıqlardan təmizlənir. Belə süzgəclərin özü təmizlənir. Bunun üçün onlar 10-15 dəqiqə müddətində ağ neftlə yuyulur. Süzgəcin zədələnmiş yerləri lehimlənərək təmir edilir. Hər bir hissədə lehimlənəcək səthin sahəsi 1 kvadrat santimetrdən artıq olmamalıdır.
Zərif təmizləyicilərdə yanacaq iri mexaniki qarışıqlardan, həm də qətran qarışıqlarından təmizlənir. Müəyyən müddət işlədikdən sonra zərif təmizləyicilər tutulur. Süzgəc elementləri zibil çöküntüləri ilə örtülür. Süzgəc sökülərək təmizlənir.
Təmizləndikdən sonra yığılmış süzgəclər SDTA (CДTA)-2 stendində sınaq edilir (Şəkil 1.18). Kobud süzgəclər yanacağın sızmamasına (hermetikliyə) görə yoxlanılır. Zərif təmizləyicilər isə yanacağın sızmamasına və yaratdığı müqavimətə görə yoxlanılır.
1.6.3. Qovucu pompanın (əl nasosunun) təmiri
Qovucu pompada aşağıdakı nasazlıqlar ola bilər: