Linkli itələyicilərdə aşağıdakı nasazlıqlar ola bilər:
İtələyicilərdə çatlar olduqda və qıraqları sındıqda çıxdaş olunur. İtələyicinin çubuğu yeyildikdə mikrometrlə yoxlanılır. Yeyilmə olduqda kiçik təmir ölçüsündə cilalayırlar. Bundan əlavə xromlama, poladlama və s. üsullarla təmir edilir. Nimçənin alnının və dibinin yeyilməsi əvvəlcə yoxlanılır. Yoxlamaq üçün mikrometrlərdən istifadə olunur. Nimçənin xaricdən qalınlığı, daxildən isə diametri ölçülür. Nimçənin dibi yeyilmiş ola bilər. Cilalamada yeyilmə izləri itənə qədər cilalanır. Bu zaman nimçənin dibinin qalınlığına diqqət yetirilməlidir. Yenidən ölçülərək kənarlaşma müəyyən olunur. Normal ölçülərdən kənarlaşma olduqda qaynaq edilir. Sonra yenidən normal ölçüyə salınır. Nimçənin qalınlığı mikrometrlə ölçülür. Dibin ölçüsünü təyin etmək üçün əvvəlcə itələyici deşiyinin hündürlüyü ölçülür. Sonra dərinlik ölçüsü müəyyən olunur. Bu ölçülərin fərqinə əsasən dibin qalınlıq ölçüsü tapılır. Nimçənin alın səthinin yeyilməsi mikrometlə ölçülür.
Yivlərin yeyilməsi yivölçənlə yoxlanılır. Yivin profilinə uyğun addımı yoxlanılır. Lazım gəldikdə yeni yiv açılır.
Lingli itələyicilərdə dabanın kürəvi səthinin yeyilməsi yoxlanılır. Bunun üçün mikrometrdən istifadə olunur.
Dabanın kürəvi səthi yeyildikdə çıxdaş olunur. İçliyin oxunun yeyilməsi yoxlanılır. Yoxlama mikrometrlə aparılır. İçliyin oyuğu yeyildikdə yenisi ilə əvəz olunur. Diyircək və yastığın yeyilməsini daxili ölçən kalibrlərlə yoxlanılır.
Yeyilmə olduqda bu hissələrdə çıxdaş edilir. Diyircəyin oxunun yeyilməsi mikrometrlə yoxlanılır. Bu hissədə yeyilmə olduqda yenisi ilə əvəz olunur.
1.3.4. Klapan yaylarının təmiri
Klapan yaylarında aşağıdakı nasazlıqlar ola bilər:
Yayların elastikliyi azaldıqda uzunluğu qısalır. Yayların elastikliyini yoxlamaq üçün çəki üsulundan istifadə olunur (Şəkil 1.13).
Bunun üçün porşen üzüklərinin elastikliyini yoxlayan KP (Kn)-0507 cihazından istifadə olunur. Cihazın sıxıcı hissəsi yuxarı qaldırılır. Yay cihazın masası üzərinə qoyulur. Sıxıcı vasitəsi ilə yay müəyyən hündürlüyə qədər sıxılır. Sıxma qüvvəsinin qiyməti kiloqramla qeyd olunur. Sıxma hündürlüyü və alınan qüvvənin qiyməti mühərrikin növündən asılı olaraq dəyişir. Elastikliyi itmiş yay yenisi ilə əvəz olunur.