6.14.6. Fərdi mühafizə vasitələri
Aşağıda qeyd olunanlar fərdi mühafizə vasitələri hesab edilir:
Fərdi mühafizə vasitələrinin əsas vəzifələri işçiləri aşağıdakı təhlükələrdən qorumaqdır:
İnsanın eşitmə orqanlarının istehsalat səs-küyündən mühafizə etmək üçün antifonlardan istifadə edilir ki, bunlar da xarici və daxili növlərə bölünür. Daxili antifonlar qulağın deşiyinə geydirilən pambığa bükülür.
Elektrik cərəyanı vurmasından mühafizə olunmaq üçün fərdi mühafizə vasitələrinə gərginlik altında işləmək üçün alət və tərtibatlar aiddir.
İşçilərə pulsuz verilən xüsusi geyim, fərdi mühafizə vasitələri, qoruyucu vasitələr müəssisəyə məxsusdur. İşçi işdən çıxdıqda və ya başqa işə keçdikdə, eləcə də təzə ilə dəyişdirildikdə onlar müəssisəyə qaytarılmalıdır.
İşdən sonra fərdi mühafizə vasitərinin müəssisədən kənara çıxarılması qadağan edilir. Müəssisə rəhbərliyi xüsusi geyimin, xüsusi ayaqqabı və qoruyucu vasitələrin vaxtaşırı yuyulmasını, təmirini və dezinfeksiya edilməsini təşkil etməyə borcludur.