Havanın tozluluğunun, adətən, sanitarepidemoloji stansiyanın işçiləri götürülmüş nümunəni təhlil etməklə təyin edirlər. Toz nümunəsi götürmək üçün adi məişət tozsoranından, tozun məsarifini ölçmə indiqatoru kimi isə RS-3 (RC-3) rotametrindən istifadə etmək olar. Toz nümunəsini adi toz və ya içərisinə kağız filtr qoyulmuş xüsusi patron vasitəsi ilə götürülür.
Hal-hazırda tozun konstrasiyasını ölçən misal üçün İKP - 1 (ИКП-1) markalı sadə quruluşlu cihaz seriya şəklində buraxılır. Bu cihaz havada olan tozun miqdarından asılı olaraq onun konsentrasiyasını birbaşa göstərir.
Havadakı buxar və qazları buraxıla bilən hüdud konsentrasiyası UQ-2 (УГ—2) markalı universal qaz analizatoru vasitəsi ilə təyin edilir.
Havanın çirklənməsi ilə mübarizə aparmaq üçün ventilasiya sistemlərindən istifadə olunur. İşçi yerlərində yerli soruculardan, sorucu şkaflardan istifadə edilir. İşçilər xüsusi geyimlər və qoruyucu vasitələrlə-qoruyucu gözlük və respiratorlarla təchiz edilirlər.
6.14.5. Metroloji şərait
Metroloji şəraitə havanın temperaturu, nisbi rütubəti və hərəkət sürəti aiddir. Bu amillər sanitar normalarına uyğun gəlmədikdə insan orqanizminə mənfi təsir göstərir. Temperatur yüksək olduqda orqanizm çoxlu su və duz itirir.
Temperatur aşağı olduqda və havanın hərəkət sürəti həddindən artıq olduqda bu soyuqlama xəstəliyinə səbəb olur.
Ağır işlərin mexanikləşdirilməsi, ventilyasiya qurğusu qoyulması normal iş şəraiti yaratmağa kömək edir.
Havanın temperaturu adi civə termometri ilə ölçülür. Nisbi rütubət psixrometr və ya hiqrometr, havanın hərəkət sürəti isə anemometr vasitəsi ilə ölçülür.