6.14.3. İşıqlandırma
İş yerinin işıqlandırılması lyukslarla (lk) qiymətləndirilir. Xüsusi cihazla - lyuksmetrlə ölçülür. Ən çox YU-16 (Ю-16) markalı lyuksmetr yayılmışdır (Şəkil 6.56).
Normal işıqlandırma yerinə yetirilən işdən asılıdır. Məsələn, dəzgah işlərində közərmə lampaları ilə işıqlandırıldıqda-200 lyuks, dəmirçi-50 lyuks, dülgər-75 lyuks aşağı işıqlandırma norması sayılır. Lyuminessent lampaları ilə işıqlandırma norması 22,5 dəfə artırılır.
6.14.4. Havanın çirkliliyi
Normal iş şəraiti yaratmaq üçün qanunvericiliklə işçi yerlərində havadakı qazların, buxarların və tozların hüdud konsentrasiyası müəyyənləşdirilmişdir. Toz əmələ gətirən stansionar kənd təsərrüfatı maşınları toztutan qurğularla təchiz edilir.
İşçilərin tənəffüs zonasında toz konsentrasiyası aşağıdakı buraxıla bilən hüdud qiymətlərindən artıq olmamalıdır:
Bitki və heyvan mənşəli (un, taxıl taxta, yun və s.).
Zəhərli-kimyəvi maddələr üçün də buraxıla bilən hüdud konsentrasiyası milliqram/kubmetr, (mq/m3) təyin edilmişdir:
İşlənmiş qazlarda hüdud konsentrasiyası (mq/m3) aşağıdakılardan artıq olmamalıdır: