Tüstülü xəbərvericiləri havada yanma məhsullarına çox həssasdır. Yanğın tüstüsünün təsirindən bu xəbərvericidə ionizasiya cərəyanı azalır. Kamerada gərginlik artır, bununla xəbərverici işə düşür. Fotoelektrik tüstülü xəbərvericilər, tüstü hissəciklərin şüa istiliyinin yayılması prinsipinə görə işləyir.
Hazırda avtomatik tüstü xəbərvericilərindən geniş istifadə olunur.
İşiq xəbərvericiləri alovun ultra bənövşəyi şüasına həssasdır. Bunların elementi foton sayğacıdır. Çox həssas olsa da, sayğac şüşədən keçən günəş, lampa və s. işıqlanmasından işə düşür. Bunun əsas səbəbi ultra şüaların şüşə tərəfdə udulmasıdır. Buna baxmayaraq, kiçik alov (hətta kibrit yanması) xəbərvericini işə salır. Xəbərverici növünün seçilməsi texnoloji prosesin, yanacaq maddələrin növündən, bina sahəsindən və s. asılıdır. Müxtəlif növ xəbərvericilər müxtəlif sahəyə nəzarət edir:
6.14. İstehsalat sanitariyası
Normal-sanitar-gigiyenik iş şəraiti təmin olunmalıdır. Bunun üçün təmir emalatxanasının ərazisinə, qurğularının yerləşdirilməsinə olan eləcə də başqa sanitariya tələbləri ödənilməlidir. Bunun üçün atmosfer çöküntülərinin maneəsiz axması, yeraltı suların üzdə olub-olmaması yoxlanmalıdır. Havanın təbii hərəkəti əraziyə kanalizasiya çəkmək və artıq suları axıtmaq üçün əlverişli olmasının böyük əhəmiyyəti vardır. Müəssisənin ərazisi düz, yaxşı işıqlanmış olmalı, kifayət qədər enli yolları olmalıdır. Təmir müəssisələrinin layihələndirilməsini sanitar normalarına görə xidmət edilən avadanlığa düşən bina həcmi nəzərə alınmalıdır. Hər bir işçiyə 15 (m3) kub metrdən artıq bina həcmi və 4,5 (m2) kvadrat metrdən artıq sahə düşməlidir.
Əmək gigiyenası, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi şəraiti nəzərə alınmalıdır. Bunun üçün bir çox istehsalat sahələri ayrıca binalarda yerləşdirilməsi tövsiyə olunur. Bunlara qaz generatoru, sınaq, polimer materiallardan istifadə edilərək hissələrin təmiri sexləri aiddir. Kompressorlar və 15 (m3) kub metr/dəqiqədən artıq məhsuldarlığı olan mühərriklər ayrıca binalarda yerləşdirilir.
Bütün istehsalat sahələrində qarderoblar, yuyunma yerləri və duşlar nəzərdə tutulmalıdır.
Tarla düşərgələrinin ərazisində olan sanitar-gigiyenik tələblər yaşayış və istehsalat binalarında olduğu kimidir. Onlar yaşıllaşdırılmalı və təmiz saxlanmalı, zibil tökmək üçün yer ayrılmalı, təmiz su olan su hovuzu və ya çən olmalıdır.
Burada mütləq xüsusi geyim saxlamaq üçün şkaflar, isti suyu olan duş və hamam olmalıdır.