Yanğın xəbərvericiləri diskret siqnallarının
verilməsi ilə işləyir. Bunun üçün müəyyən olunmuş
cihazlarda müvafiq işə salma düyməsi əl ilə basılır.
Bu diskret siqnalların avtomatik verilməsi fiziki
kəmiyyətlərin (temperatur, işıq şualanmasının
spektoru, tüstü və s.) artmasına görə aparılır;
Qazlı hava şəraiti hər hansı bir göstəricidən asılı
olaraq yanğın xəbərdaredicini işlətməyə başlayır. Bu
göstəricilərə istilik, işıqlıq, havanın tüstülü olması,
qarışıq, ultrasəsli və s. daxildir. Yanğının xəbərdar
edilməsində aşağıdakı göstəriciləri nəzərə alaraq
idarəedicilər hermetik halında hazırlanır;
Nəzarət olunan kəmiyyətin aldığı qiymətlər maksimal yanğın xəbərvericilərə təsir edir. Onların müəyyən olunmuş qiymətlərində işləyir. Nəzarət olunan kəmiyyətlərin aldığı qiymətlər sürətlə dəyişə bilər. Differensial xəbərvericilər bu sürətlə dəyişmənin müəyyən olunmuş qiymətində işləyir.
Avtomatik xəbərvericilərin işə düşməsi elementlərinin həssaslığından və yanğının təhlükəsindən asılı olur. Avtomatik xəbərvericilər işə düşmə prinsipinə görə aşağıdakı qruplara ayrılır:
İstilik xəbərvericiləri maksimal, differensial və maksimal-differensial növlərə ayrılır.
Ətraf mühitin temperaturu yanğının başlanğıcını xarakterizə edən kritik qiymətə çatdıqda maksimal istilik xəbərvericiləri işə düşür. Maksimal istilik xəbərvericilərinə ATİM və PTİM -i misal göstərmək olar. Temperatur normal şəraitdən 20 dərəcə selsiyə qədər yüksəldikdə xəbərverici işə düşür.
Tempraturun artımı 1 dəqiqədə 5-10 dərəcə selsi olduqda differensial istilik xəbərvericiləri işə düşür.