Qaynaq işində yanğın baş verərsə, qaynaqçı qaynaq aparatını elektrik bölməsindən çıxarmalıdır. İş
yerində olan müvafiq yanğınsöndürmə vasitələrindən istifadə edilməlidir. Yanğını söndürməyə və yanğın
haqqında iş rəhbərini xəbərdar etməyə borcludur.
Akkumulyator qurğularında yanğının qarşısını almaq üçün aşağıdakı tədbirləri görmək vacibdir:
-
Akkumulyator qurğusu yerləşdirilən bina yanmayan materialdan tikilməlidir. Binanın qapı və
pəncərələri taxtadan ola bilər;
-
Akkumulyator binasının divarları, qapıları, tavanı və eləcə də ləmələri turşuyadavamlı lak boya ilə
rənglənməlidir;
-
Akkumulyator elektrolitlərinin hazırlanması və kükürd turşusunun saxlanması üçün ayrıca otaq ayırmaq
lazımdır;
-
Akkumulyator batareyaları qoyulan otaqlar ancaq ventil və flans birləşməsi olmayan kalorifer qurğusu
ilə qızdırıla bilər. Qızdırılma üçün elektrik sobalarının tətbiq edilməsi qəti qadağandır;
- Akkumulyator binasının ventilyasiya sistemi ayrı olmalıdır, ventilyatoru hərəkətə gətirən elektrik
mühərriki və onun buraxıcısı binadan kənarda qoyulmamalıdır;
- Akkumulyator batareyalarının şinləri bir-birilə qaynaq və ya lehimləmə vasitəsilə
birləşdirilməlidir. Şinlə akkumulyatorların birləşmə nöqtələrində böyük keçid müqavimətinin olması
üçün həmin nöqtələri qalaylamaq və lehimləmək lazımdır;
- Akkumulyator batareyaları olan otaqlarda qığılcım yarada biləcək digər elektrik aparatlarını və
kommutasiya cihazlarının (açarların, əriyən qoruyucuların, ştepsel yuvalarının və s.) qoyulması qəti
qadağandır;
- Binalara üzərində qurğuşun olan izolə edilmiş naqillərlə işıqlanma xətləri çəkilməli və onlar
hermetik, işıqlandırma armaturları ilə təmin edilməlidir.
Yanğın xəbərvericiləri qeyri-elektrik olur. Bu, istilik şüalanması, istilik enerjisi və tüstü
hissəciklərinin hərəkətinə əsaslanır. Burada fiziki kəmiyyətlər elektrik kəmiyyətlərə çevrilərək sıqnal
haqqında müəyyən olunmuş formada qəbul stansiyasına naqillər vasitəsi ilə göndərilir. Yanğın
xəbərvericiləri çevirmə üsluna görə bir neçə yerə bölünür:
-
Kəmiyyətlərə görə;
-
Köməkçi cərəyan mənbəyinin köməyi ilə qeyri-elektrik kəmiyyətlərin elektrik kəmiyyətlərə çevrilməsinə görə;
-
Generatorlu, hansı ki, elektrik kəmiyyətlərin dəyişməsi ilə xüsusi elektrik hərəkət qüvvəsinin yaranmasına görə və s.;