Yeraltı kabellərdə yanğın baş verə bilər.
Qüvvədə olan qaydaya görə kabel xəttini gərginlik
altında olan dövrədən mütləq açmaq lazımdır. Sonra
stansionar mexaniki köpük-hava yanğın söndürmə
sistemini işə salmaq lazımdır. Birinci növbədə
kabeldən yüksək gərginlik kəsilməlidir. Kabeldə
yanğının söndürülməsi zamanı kabel yamalarına və
tunellərə (hansı ki, yanır) girməyə icazə verilmir.
Elektrik qaynaq işlərində qaynaq etmə ilə
əlaqədar yanğın baş verə bilər. Yanğının baş vermə
səbəblərini aradan qaldırmaq üçün yanğın əleyhinə
aşağıdakı tədbirlərə əməl etmək lazımdır:
-
Qaynaq işi görülən binada və ya iş
zonasında asan alışan və ya oddan təhlükəli
materialları saxlamamaq;
-
Binanın və ya iş yerinin döşəməsinin
yanmaması üçün taxta döşəmənin üstünə
dəmir təbəqəsi və ya azbes qatı qoymaq;
-
Hər bir qaynaq postunda odsöndürücülər,
su ilə dolu çən və vedrə, habelə dolu qum
yeşiyi, bel, kəsici, qarmaq və s. olmasını
təmin etmək (Şəkil 6.52);
-
Qaynaq işi qurtardıqdan sonra iş binası və
qaynaq işləri aparılmış zonanı yoxlamalı,
burada açıq alov və közərən əşyaların
qalmasına yol verməmək;
- Qaynaq zamanı metaldan ayrılan isti alovun
və yaxud isti metal qırıntılarının başqa yana
bilən materiallara düşməsinə yol
verməmək;
- Elektrik qaynaq işi aparılan yerlərin yanğın
təhlükəsizliyi qaydaları tələbinə uyğun
olaraq düzgün təşkil olunması və s.