Dərhal ilk yardım göstərilməzsə, onda kliniki ölüm baş verir. Bu zaman zərərçəkən nəfəs almır, onun ürəyi işləmir, göz bəbəkləri genişlənir, işığa reaksiya vermir.
6.9.3. Cərəyanla zədələnməyə təsir edən əsas amillər
İnsanın elektrik cərəyanı ilə zədələnməsinə təsir göstərən amillər bunlardır:
Elektrik cərəyanı ilə zədələndikdə əsas amillər cərəyanın insan bədənində keçdiyi yol və onun təsir etmə müddətidir. Bununla əlaqədar olaraq cərəyanın xarakterinə görə onu dördüncü cədvəldəki kimi qiymətləndirilir.
Cərəyan, meqa Amper | Təsirin xarakteri | |
Dəyişən cərəyan | Sabit cərəyan | |
0,6-1,5 | Hissetmə başlayır, əl barmaqları yüngül əsir. | Hiss olunmur. |
2-3 | Əl barmaqları yüngül əsir. | Hiss olunmur. |
5-3 | Əllər qıc olur. | Göynəmə, qızışma hiss olunur. |
8-10 | Əlləri elektrodlardan çətin ayırmaq olur. Barmaqlarda və biləklərdə güclü ağrılar olur. | Güclü qızışma. |
20-25 | Əllər qıc olur, onları elektrodlardan ayırmaq mümkün deyil. Olduqca güclü ağrılar olur. Nəfəs almaq çətinləşir. | Olduqca güclü qızışma. Əl əzələləri güclü yığılır. |
50-80 | Tənəffüs dayanır, ürəyin fibrilyasiyası başlayır. | Əl əzələləri yığılır. Qıc olmalar, tənəffüs çətinləşir. |
Cədvəl 6.1. Elektrik cərəyanının insan orqanizminə təsiri
6.10. Elektrik tələb edicilərindən istifadə etdikdə yanğının təhlükəsizliyi
Elektrik naqillərin izolyasiyası vaxt keçdikdə xarab olur. Naqillərin daxili metal hissələrinin üstü açılır. Naqillərin izolyasiyası işıq armaturlarında elektrik cihazlarında zədələnir. Məftillərin izolyasiyası pozulmuş yerlərdə bir-birinə toxunması ilə qısa qapanmaya səbəb olur. Nəticədə izolyasiya qatı olmur, beləliklə, yanğın baş verir. Hər bir sexdə yanğın təhlükəsizliyi üçün şit olmalıdır (Şəkil 6.48).