6.5.1. Elektrik qaynaqçısının iş yerinə tələbat
Bu, onun xüsusi kabinədə və ya bilavasitə qaynaq edilən obyektin yanında işlədilməsindən asılıdır. Qaynaqçının kabinəsinin 2x2-dən 3x3 metrə qədər, hündürlüyü isə 180-200 santimetr olmalıdır (Şəkil 6.24). Kabinənin divarları ventilyasiyanı yaxşılaşdırmaq məqsədi ilə döşəməyə 5 santimetrə qədər çatmalıdır.
Kabinənin divarları odadavamlı materialdan hazırlanmalı və açıq rəngdə rənglənməlidir. Qapı yeri halqalar keçirilmiş brezent örtüklə örtülməlidir. Döşəmə kərpic, sement, beton və ya başqa odadavamlı materialdan düzəldilir. Kabinədə işıqlanma 80-100 lyuksdan artıq olmalıdır. Qaynaqçı istifadə olunmuş elektrod qalıqlarını xüsusi qaba yığmalıdır (Şəkil 6.25). Kabinədə masanın xırda alətlər və tərtibatlar üçün divara bərkidilmiş altlığı olmalıdır. Bununla yanaşı, söykənəcəkli, hündürlüyü nizamlanan masa başqa odadavamlı və yerli ventilasiya ilə təmin olunmalıdır.
Qaynaqçının işçi yeri kabinədən kənarda yerləşdikdə (məsələn, sökmə-yığma sahəsində) əsas diqqət elektrik təhlükəsizliyinə verilir. Çünki bu zaman iş elektrik cərəyanı daşıyan uzun naqillərdən istifadə edilməsi ilə yerinə yetirilir.
Qaynaqçı binadan xaricdə işlədikdə onu yağışdan, küləkdən mühafizə etmək lazımdır. Ətrafda işləyənləri isə qaynaq şüası enerjisi zədələnməsindən qorumaq lazımdır. Bu zaman gəzdirilən ekran olandan istifadə etmək olar.
Qaynaqçının elektrik cərəyanı vurma təhlükəsi, əsasən, aşağıdakı hallarda yarana bilər:
Qaynaq cihazlarını (Şəkil 6.26) bir yerdən başqa yerə aparmaq lazım gəlir. Yalnız onları qidalandıran elektrik şəbəkəsindən ayırdıqdan sonra aparmaq olar.