-
Yükləyicinin yükqaldırma qabiliyyətindən
ağır yük qaldırıb daşınması. Yükün ağırlıq
mərkəzinin qarmaqların qabaq
divarlarından, zavod təlimatında göstərilən
məsafədən artıq məsafədə olması;
-
Yükləyicini qaldırılmış yüklə qoyub getmək.
Yüklər transportyorla hərəkət etdirildikdə
təhlükəsizlik tədbirlərinə riayət edilməlidir .
Burada əsas şərt yükün etibarlı
qoyulmasıdır. Yük hərəkət edə-edə onu
düzəltmək olmaz. Transportyor xüsusi siqnal
verildikdən sonra dayandırılır. Hərəkət edən
transportyorun yaxınlığında adam
dayanmamalıdır.
Qaynaq zamanı aşağıdakı zədələnmə halları ola
bilər (Şəkil 6.22, Şəkil 6.23):
-
Gözə toz-torpaq düşməsi, göz zədələnməsi;
-
Bədənin, əllərin və ayaqların yanması;
-
Elektrik vurması halları.
Elektrik qaynağı, qaz qaynağı və qaynaqla metal
kəsmə işlərini aşağıdakı şəxslər yerinə yetirə bilər:
-
Yaşı 18-dən az olmayan;
-
Tibbi müayinədən keçmiş;
- Xüsusi texniki kurs keçmiş;
- Həmin işləri yerinə yetirmək hüququ verən
vəsiqəsi olan;
- Təhlükəsizlik texnikasından təlimat keçmiş
şəxslər.
Asetilen generatorlarına xidmət edənlər
insanlar yuxarıda qeyd edilənlərdən başqa, asetilen
generatorlarının quruluşunu və işini bilməlidir.
Kalsium-karbidin və asetilenin xassələrini
bilməlidirlər. Qadınlara çənlərin, böyük diametrli
metal boruların daxilində qaynaq işləri aparmağa
icazə verilmir.